Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Bakıda avtobuslar qaz və elektriklə işləyəcək - Video

Tarix: 11-03-2019 07:03     Baxış: 3155 A- / A+
Bakıda avtobuslar qaz və elektriklə işləyəcək - Video

Üç ildən sonra Bakıda yalnız sıxılmış qaz və ya elektrik enerjisi ilə işləyən avtobuslar sərnişin daşıya biləcəklər.

Manevr.az-ın məlumatına görə, bu yenilik Nazirlər Kabinetinin 7 mart tarixli qərarında əksini tapıb.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, hazırda sərnişin avtobuslarının əksər hissəsi dizellə işləyir. Bu qərarın məqsədi ekologiyanı qorumaqdır. Amma hazırda ölkəmizə ən müasir avtobuslar da gətirilib ki, 2022-ci ilə qədər onların istismar müddəti bitməyəcək və hüquqi cəhətdən onlara qaz avadanlıqları quraşdırıla bilər.

Qaz avadanlıqlarının quraşdırılması üzrə mütəxəssis Rəhim İsmayılovun sözlərinə görə, sərnişin avtobusları üçün 3-5 min manat xərc çəkməklə onların sıxılmış, yəni metan qazıyla işləməsini təmin etmək olar. Bu zaman görülən işin və avadanlığın təhlükəsizliyinə də zəmanət verilir.

Digər bir üsul avtobusun mühərrikini dəyişməkdir ki, Azərbaycanda da bunu etmək mümkündür. Amma bunu etməyin qiyməti istehsalçı zavoddan asılıdır.

Qeyd edək ki, hazırda paytaxt yollarında "Bakı Bus" avtobusları 'metan qazıyla işləyir və bu qazın satıldığı yanacaqdoldurma məntəqələrinin sayı da artırılır."xəzər xəbər"


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar