Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Söhbət yüzlərlə evdən gedir" - Hikmət Babaoğlu

Tarix: 09-03-2019 19:21     Baxış: 3253 A- / A+
"Söhbət yüzlərlə evdən gedir" - Hikmət Babaoğlu

Dövlət başçısı ilə vətəndaşlar arasında inam, etimad və etibar olduqda cəmiyyət, eyni zamanda, dövlət də inkişaf edir. Bunun başlıca səbəbi heç şübhəsiz ki, Prezident tərəfindən həyata keçirilən siyasət və onun xalq tərəfindən dəstəklənməsidir. Hakimiyyət-xalq vəhdəti buradan ortaya çıxır. Bunu zəruri edən şərtlər çoxdur və həmin şərtlər Azərbaycanda təmin olunubdur.
Manevr.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.

O qeyd edib ki, bunun hüquqi, sosial, iqtisadi əsasları var. Ancaq bu planda önə çıxan ilk növbədə, Azərbaycan vətəndaşının rifahıdır, onun həyat keyfiyyətinin yaxşılaşdırılmasıdır ki, bu siyasət daim Azərbaycan Prezidenti tərəfindən həyata keçirilib və bu gün də davam etdirilir. Əgər biz bunu müxtəlif komponentlər üzrə qısaca səciyyələndirsək, görəcəyik ki, burada əhalinin sosial rifahı ilə bağlı qəti qərarlar qəbul olunur və onların həyat keyfiyyəti yaxşılaşdırılır. Bir tərəfdən bu, ümumi qaydada daimi aparılan sosial siyasətdir. Bu, həm də Ermənistanının işğalı nəticəsində yaranan bir milyondan çox qaçqın və məcburi köçkünlərimizin sosial problemləridir. Müharibə iştirakçıları və şəhid ailələrinin sosial problemlərinin həllidir.

H.Babaoğlunun sözlərinə görə, digər tərəfdən forsmajor dediyimiz hallar var ki, burada sosial problemlər daha çox qabarıq və gözlənilmədən ortaya çıxır. Yəni zəlzələ, torpaq sürüşməsi kimi hallarda baş verən qəzalar nəticəsində sosial problemlər qeyri-planlı şəkildə birdən önə çıxır. Bunun həll olunması üçün heç şübhəsiz ki, yerində operativ qərarlar qəbul etmək lazım olur. Bu zaman təbii ki, ehtiyat resursları səfərbər etməklə problemin aradan qaldırılması yolları axtarılır. Bir ay bundan əvvəl zəlzələ baş verdi və İsmayıllı, Ağsu və Şamaxıda xeyli evlər dağıldı, uçdu və yaxud qəzalı vəziyyətə düşdü. Burada söhbət yüzlərlə evdən gedir. Gördüyünüz kimi, çox operativ şəkildə bu istiqamətdə üzrə Azərbaycan Prezidentinin göstərişi ilə bütün müvafiq qurumlar öz işlərini qısa müddətdə yerinə yetirdilər.

“Artıq hər kəsə bəllidir ki, nə qədər ev zədələnib, nə qədər ev qəzalı vəziyyətdədir və nə qədər ev sökülüb təmir olunmalıdır, yaxud yenidən tikilməlidir. Həmin hadisədən bir ay ötüb və Prezident yenidən İsmayıllı, Ağsu və Şamaxı rayonlarında oldu. Şahidi oluruq ki, onlarla ev tikilir və tikilməsi başa çatmaq üzrə olan evlər var. Buna paralel olaraq bütövlükdə infrastruktur yenidən qurulur. Bu, çox vacib amildir”,- deyə Hikmət Babaoğlu bildirib.

Deputat qeyd edib ki, kommunikasiyaların qurulması isə ayrıca bir məsələdir və buna da xüsusi diqqət yetirilir. Ötən illər ərzində Azərbaycan Prezidentinin istər seçki təbliğatı-təşviqatı prosesində, istərsə də vaxtaşırı hökumətin hesabatı olduğu vaxtlarda daima önə çəkdiyi bir məsələ var. Bu vətəndaşların rifahıdır, onların sosial problemlərinin həll olunmasıdır. Sosial siyasət Azərbaycanda planlı şəkildə proqramlar üzrə həyada keçirilir və daimi xarakter daşıyır. Bununla bir daha sübut olundu ki, Azərbaycan dövləti həmişə vətəndaşlarının yanındadır.teleqraf.com


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar