Xəbər lenti
Bakıda yerli qızıl sikkə və külçələr satışda - Video
Bazara yerli qızıldan hazırlanmış sikkə və külçələr çıxarılıb.
Manevr.az-ın məlumatına görə, "Azergold" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən bazarda araşdırma aparılıb və 5, 10 və 20 qramlıq qızıl sikkə və külçələrə tələbatın yüksək olduğu müəyyən edilib.
Cəmiyyətin sədr müavini Xəyyam Fərzəliyevin sözlərinə görə, ilkin mərhələdə 4400 ədəd 999,9 əyarda qızıl külçə, eləcə də qızıl və gümüş sikkələr istehsal edilərək satışa çıxarılıb. Qiymətləri isə qızıl və ya gümüş, eləcə də sikkə və ya külçə olmasından asılı olaraq, 120-2550 manat arasında dəyişir.
Məqsəd yerli sahibkarlara dəstək vermək, satış nöqtələrini canlandırmaq, eləcə də tarix, mədəniyyət və incəsənətin əbədiləşdirilməsindən ibarətdir.
Təmiz yerli qızıldan olan sertifikatlaşdırılmış külçə və sikkələrin premium sinfə aid olduğu nəzərə alınaraq, satışı böyük təcrübəyə malik şirkətlərin mağazalarında təşkil edilib. Premium sinfə aid olan bir neçə şəbəkə ilə də danışıqlar davam etdirilir. İlkin mərhələdə yalnız yerli bazarda satışa çıxarılan bu qızıl məhsullarının daha sonra xarici ölkələrdə satışı planlaşdırılır.(xəzər xəbər)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar