Xəbər lenti
Tərtərdə məcburi köçkünlər üçün tibbi aksiya keçirilib - ŞƏKİLLƏR
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü, Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə martın 7-də Tərtər rayonunda məcburi köçkünlərin tibbi müayinəsi keçirilib. Tibbi aksiyanın keçirilməsində məqsəd məcburi köçkünlərə yaşadıqları ərazidə yüksək keyfiyyətli səhiyyə xidmətindən istifadə etmək imkanı yaratmaqdır.
Azərbaycanda əhalinin sağlamlığının qorunması dövlətin sosial siyasətinin prioritetlərindəndir. Bu məqsədlə səhiyyə sistemi təkmiləşdirilir və inkişaf etdirilir, vətəndaşlara keyfiyyətli tibbi xidmət göstərilməsi üçün təsirli tədbirlər görülür. Prezident İlham Əliyevin tapşırığı ilə hər il respublika əhalisi hərtərəfli tibbi müayinəyə cəlb olunur. Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin müayinə və müalicəsində Birinci vitse-prezident xanım Mehriban Əliyevanın, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun çox böyük xidmətləri vardır.
Məcburi köçkünləri müayinə etmək məqsədilə Akademik M.Ə.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının 19 nəfərdən ibarət həkim briqdası Tərtərə ezam olunub. Yüksək ixtisaslı həkimlər burada lazımi avadanlıqlarla tam təchiz olunmuş Mərkəzi Xəstəxanada məcburi köçkün pasiyentləri müayinə ediblər. Müayinəyə Tərtər rayonunda və ətraf ərazilərdə müvəqqəti məskunlaşmış 600-dən çox məcburi köçkün cəlb edilib. Müayinəyə gələnlərdən 1 nəfərin təcili cərrahi müdaxiləyə ehtiyacı olduğu aşkarlanıb və o, dərhal əməliyyat edilib. 15 nəfərə isə Bakı şəhərinə göndəriş verilib. Məcburi köçkünlərlə sağlam həyat tərzinin əsas şərtləri və xəstəliklərə səbəb olan risk faktorları ilə bağlı söhbətlər aparılıb. Sonra Dövlət Komitəsinin əməkdaşları və Kliniki Xəstəxananın həkimləri yataq xəstəsi olan məcburi köçkünlərə də baş çəkib, onların səhhəti ilə maraqlanıblar.
Dövlət Komitəsinin təşəbbüsü ilə tibbi aksiyalar indiyədək Bakının Qaradağ rayonundakı “Qobu Park”da, Müşfiqabadakı yaşayış kompleksində, Binəqədi rayonunun Mehdiabad qəsəbəsində və Naftalan şəhərində təşkil edilib. Belə aksiyaların digər bölgələrdə də keçirilməsi nəzərdə tutulub.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar