Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Xanım QHT sədrləri Hicran Hüseynovaya etiraz etdi - SƏBƏB

Tarix: 07-03-2019 21:30     Baxış: 4240 A- / A+
Xanım QHT sədrləri Hicran Hüseynovaya etiraz etdi

Bildiyiniz kimi, sabah 8 Mart – Beynəlxalq Qadınlar Günüdür. Müxtəlif idarələrdə çalışan kollektivin qadın üzvləri bayram münasibəti ilə təbrik edilib və mükafatlandırılıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova da belə bir addım atıb. Amma o, əsasən kommersiya fəaliyyəti ilə məşğul olan, maddi gəlir əldə edən xanımlarla bayramlaşıb.
Bu isə ictimai sektorda xidmət göstərən bəzi QHT rəhbərləri tərəfindən birmənalı qarşılanmayıb.
Xanım QHT sədrləri Hicran Hüseynovaya etiraz etdi


Manevr.az xəbər verir ki, unikal.org-a müraciət edən “XXI Əsrin Qadınları” İctimai birliyin sədri Mahirə Əmirhüseynova komitə sədrinin bu addımını ədalətli saymır: “Sahibkar xanımların mükafatlandırılmasına etiraz etmirəm, lakin təltif olunan qadınların yalnız bu təbəqədən seçilməsi insanda bəzi şübhələr də yarada bilər. Sahibkar xanımlar biznes fəaliyyəti ilə məşğul olan qadınlardır. Onların mükafatlandırılması da bu sahəyə aid olan nazirliyin səlahiyyəti ola bilər. Lakin hər il 8 Mart-Beynəlxalq Qadınlar günü ərəfəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi cəmiyyət arasında xüsusi fəallığı ilə seçilən xanımları kənarda qoyur.
Biz bu mükafat olmazsa belə, dövlətçiliyimizə xidmətmizdə fəaliyyətimizi davam etdirəcəyik. Lakin dövlət komitəsindən gözlədiyimiz odur ki, qadınlara münasibətdə birtərəfli mövqe nümayiş etdirməsin, obyektiv olmağa çalışsın.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qadınların rolunu hər zaman xüsusi qeyd edir. Prezident İlham Əliyev qadınların cəmiyyətdəki roluna və yerinə, onların dövlət idarəçiliyində təmsil olunmalarına, irəli çəkilmələrinə diqqətlə yanaşır”.
Xanım QHT sədrləri Hicran Hüseynovaya etiraz etdi

“Qadın Liderliyi Uğrunda” İctimai Birliyin sədri Ülkər Abdullayeva da “XXI əsrin qadınları” İctimai Birliyinin sədri Mahirə Əmirhüseynovanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın kommersiya fəaliyyəti ilə məşğul olan, maddi gəlir əldə edən xanımları mükafatlandırması ilə bağlı səsləndirdiyi fikirlərə qatıldığını bildirib:
“Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi gördüyümüz işləri görməzdən gəlir. Bizi öz tədbirlərində görməyi arzu etmir, bizimlə əməkdaşlığa əsla can atmır. Bunun qısqanclıq, yoxsa saymamazlıq olduğunu deyə bilmərəm. Ola bilər ki, bu Komitə rəhbərliyinin ayrı-ayrı təşkilatlara münasibətindən qaynaqlanır. Ola bilər ki, bizi sevmirlər, qiymətləndirmirlər, öz işləridir. Amma xatırlatmaq istəyirəm ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi kiminsə atasının şəxsi mülkiyyətində deyil. Bu, bir dövlət qurumudur, həm də biz vətəndaşların, QHT-lərin çalışaraq ödədiyi vəsaitlərdən formalaşmış büdcədən maliyyələşir. Onlar bizimlə işləməyə, bizi dinləməyə, fikir və təkliflərimizlə hesablaşmağa borcludurlar. Təəssüf ki, mən Komitə rəhbərliyinin bizə yuxarıdan aşağı baxdığını müşahidə etmişəm və bunun səbəbini bilmirəm. Sadəcə, düşünürəm ki, Komitə rəhbərliyi dövlət başçısının onlara göstərdiyi etimaddan sui-istifadə etməməli, özlərini hakimi-mütləq kimi aparmamalıdırlar. Bu vaxta qədər AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası bizim təşkilatın qadınlara yönəlik 7 layihəsini dəstəkləyib. Amma qadın təşkilatları ilə birbaşa işləməli olan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi heç vaxt bizimlə əməkdaşlığa can atmayıb. Bu isə sözügedən qurumun necə işlədiyini bariz göstəricisidir”.
Xanım QHT sədrləri Hicran Hüseynovaya etiraz etdi

“Əsgər Ailələrinə Dəstək” ictimai birliyinin sədri Mətanət Əsgərqızı da diqqətdən kənarda qaldıqlarını deyir: “B ir ictimai birlik rəhbəri kimi mənim də mənəvi dəstəyə ehtiyacım var. Çünki həssas qruplllarla işləmək və onların problemlərini həll etmək heç də asan deyil. Mənim kimi ictimai sektorda çalışan güclü xanımlar var. Amma nədən ildə bir dəfə yüksək səviyyədə keçirilən tədbirlərdə bizlər dəvət almırıq. Nədən cənab Prezidendə təltif üçün təqdim olunan siyahılarda bizlər adımızı görmürük??? Nəhayət bitsin bu ayrı-seçkilik, tanışlıq qohumluq məsələləri. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bizi hərdən tədbirlərə zalda yer doldurmaq üçün dəvət edir.Həmçinin də digər qurumlar da elə onlardan geri qalmırlar. Bizlərin daha səmərəli fəaliyyətimiz üçün məhz bizə diqqətin artırılması çox vacibdir. Amma görünən odur ki, bunu hərə öz tanıdığına edir. Sabah 8 mart Beynəlxalq Qadınlar günüdür. Özümə arzularım və cənab Prezidentə müraciətim var: Cənab Prezident, ictimai sektorda çalışan xanımlar afından müraciət edirəm, görüşüb , problemləri Sizə çatdırmaq istəyirik. Nəhayət hər kəs əməyinin qarşılığını alsın!”


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar