Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Nə teror, nə təbii fəlakətlər: ölümlərin ən böyük səbəbi AÇIQLANDI

Tarix: 07-03-2019 19:00     Baxış: 3190 A- / A+
Nə teror, nə təbii fəlakətlər: ölümlərin ən böyük səbəbi AÇIQLANDI


Dünya əhalisinin əsas ölüm səbəbləri açıqlanıb.

Manevr.az xəbər verir ki, insanlar terror və təbii fəlakətlərdən ehtiyat etsə də, ölümlərin sadəcə 0,5%-i bu səbəblərdən baş verir.

2017-ci ildə dünyada ümumilikdə 56 milyon ölüm hadisəsi qeydə alınıb. Bu, 1990-cı illə müqayisədə 10 milyon azdır. Əhalinin orta yaş müddətinin artması ölüm sayının azalmasına gətirib çıxaran amillərdəndir. Orta yaş müddəti 1950-ci ildə 46 idisə, 2015-ci ildə 71-ə yüksəlib.

Ürək və damar xəstəlikləri liderdir


Ölümlərin 32,3%-i ürək və damar xəstəlikləri səbəbilə baş verir. 2-ci yerdə 16,3%-lə xərçəng, digər yerlərdə isə diabet, nəfəs yolları xəstəlikləri və dementiya qərarlaşıb.

İnsanların 70%-i keçici olmayan xəstəliklərə görə həyatını itirir, lakin hələ də yoluxucu və qarşısını almaq mümkün olan xəstəliklər ölümlərə səbəb olur. 2017-ci ildə 1,6 milyon dünya əhalisi ishaldan ölüb. Eyni il ərzində yeni doğulan 1,8 milyon körpə yaşa bilməyib. Yoxsul ölkələrdə körpə ölümləri xüsusilə yüksəkdir.

2017-ci ildə nəqliyyat qəzalarının səbəb olduğu tələfatların sayı 1,2 milyondur. İnkişaf etmiş ölkələrdə nəqliyyat qəzalarında itkilərin sayında eniş müşahidə edilir.

Dünyada intiharların sayı cinayətlərin sayından 2 dəfə çoxdur. İngiltərədə isə intiharlar cinayətlərdən 16 dəfə çox baş verir. Daha çox 20-40 yaşlı kişilər həyatlarına son qoyurlar.

Ötən əsrlərdə yoluxucu xəstəliklər daha çox itkilərə səbəb olurdu. 1990-cı illərdə bu, təxminən 33% idisə, 2017-ci ildə 20%-ə enib. XIX əsrdə hər 3 uşaqdan 1-i 5 yaşına çatmadan ölürdü. Gigiyena, qidalanma, səhiyyə xidmətləri, təmiz su təminatı azyaşlılar arasında tələfat sayında ciddi azalmaya səbəb olub.

Körpə ölümləri azalsa, orta yaş müddəti artsa da, yaşlı əhalidə müşahidə edilən xəstəliklərin sayı və təhlükə dərəcəsi də artıb. Bu, ailələrin uzun müddət səhiyyə xidməti almasına, böyük məbləğlər xərcləməsinə səbəb olur.

1980-ci illərdə ortaya çıxmış HIV/AIDS virusu hazırda ən təhlükəli xəstəliklər sırasındadır. Xüsusilə Afrika əhalisində rast gəlinən xəstəlik barədə son illərdə aparılan maarifləndirmə işləri ölüm sayından ciddi azalmaya səbəb olub. Son 10 ildə ölümlərin sayı 2 milyondan 1 milyona düşüb.

Səhiyyənin inkişafına baxmayaraq doğumdan əvvəl və sonra qeydə alınan ana ölümləri sayında geriləmə müşahidə edilməyib. Tibbin inkişaf etdiyi ABŞ ana ölümlərinə görə dünyada ilk sıralarda qərarlaşan ölkələrdəndir.

Gigiyena, düzgün qidalanma, peyvənd, daha yaxşı səhiyyə xidməti, maddi vəziyyətin yaxşılaşması, maarifləndirmə işləri vaxtsız ölümlərin qarşısını almaq üçün çıxış yolları hesab edilir./qaynarinfo.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar