Xəbər lenti
Baş nazirdən qərar: Taksilərin qiyməti qalxır?
Taksi xidmətləri ilə bağlı bu gün qəbul edilən qərar onların qiymət artımına səbəb olmayacaq.
Manevr.az xəbər verir ki, bu sözləri axar.az-a “Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər”in təsdiq edilməsinə münasibət bildirən nəqliyyat eksperti Elməddin Muradlı deyib.
O qeyd edib ki, texniki cəhətdən nasaz taksilər əvvəllər də müzakirə mövzusu olub, çünki çox təhlükəlidir:
“Ona görə belə avtomobillərin taksi kimi istifadəsi düzgün deyil və proqramdan da irəli gələn məsələ kimi yavaş-yavaş belə avtomobillər yığışdırılacaq. Taksilərin əhaliyə xidmət sahəsi olduğunu nəzərə alsaq, belə keyfiyyətsiz maşınlarla yüksək xidmətdən danışmaq mümkün deyil. Lakin düşünürəm ki, bu problemlər qısa müddətdə həll olunmayacaq. Çünki əvvəlki illərlə müqayisədə hazırda yüksək qiymət və gömrük rüsumu səviyyəsində ölkəyə yeni avtomobillərin gətirilməsi azalıb. Fikrimcə, “Xəzər” avtomobil zavodu, Naxçıvan Avtomobil Zavodu (NAZ) yerli avtomobilləri güzəştli şərtlərə taksi sürücülərinə satmaqla bu problemlərin aradan qaldırılmasına zəmin yarada bilər. Belə olan halda mərhələli şəkildə bu məsələlər öz həllini tapmış olar”.
Qeyd edək ki, bu gün Baş nazir Novruz Məmmədov “Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər”i təsdiq edib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar