Xəbər lenti
Elmira Süleymanova: Məhkumlar dörd dəfə yeyib-içir, ailələri isə çətinlik çəkir
Əfvlə bağlı təkliflərim bayramdan bayrama olmur.
Manevr.az-ın məlumatına görə, bunu Ombudsman Elmira Süleymanova Novruz bayramında gözlənilən əfvlə bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib.
Onun sözlərinə görə, hər ayın sonu cəzaçəkmə müəssisələrinə baş çəkir:
“Cəzaçəkmə müəssisələrindən, məhkumların ailələrindən gələn bütün təklifləri yekunlaşdırıb, hər ayın sonu Əfv Məsələləri üzrə Komissiyaya göndərirəm. Ombudsmana gələn müraciətlər aylarla, illərlə saxlanılmır”.
Elmira Süleymanova qeyd edib ki, əfvlə bağlı işlər o qədər asan deyil:
“Elə adam var ki, səhvə yol verir və düşüncəsi çatmır ki, gördüyü işin sonu nə ola bilər. Cəzaçəkmə müəssisəsində məhkumlarla görüşümdə deyirəm ki, dərd sizin dərdiniz deyil.
Gündə dörd dəfə yeyirsiniz, içirsiniz. Əsas ailə üzvləriniz çətinlik çəkirlər. Problem təkcə maddi cəhətdən olmur, eyni zamanda, oğlanlar atasız, natamam ailələrdə böyürürlər”./oxu.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar