Xəbər lenti
Leyla Yunus ermənilərin tədbirində: Növbəti xainlik...
Özünü hüquq müdafiəçisi adlandıran Leyla Yunus Avropa Parlamentində ermənilərin təşkil etdiyi “Armeniafobia” adlı toplantıya canlı qoşularaq çıxış edib.
Bu barədə qhtxeber.az saytının rəhbəri Sənan Nəcəfov facebook səhifəsində məlumat yazıb.
“Azərbaycanlılar uşaqlarının 10 yaşlarının olmasına baxmayaraq, “xristianların azərbaycanlıların düşmənləri” olduğunu təlqin edirlər”.
Bu xaincəsinə açıqlamanı Avropa Parlamentində keçirilən toplantıların birində canlı yayıma qatılaraq verən Leyla Yunus, növbəti dəfə daxilindəki düşmən sevgisini və Azərbaycan xalqına qarşı olan aşkar nifrətini nümayiş etdirib. O, guya “sülhpərvərlik” mövqeyindən çıxış edərək, ermənilərin dəyirmanına su tökən fikirlər səsləndirib. Belə ki, o, sərsəm fikirləri ilə bildirib ki, guya azərbaycanlılar uşaqlarının 10 yaşlarının olmasına baxmayaraq, “xristianların azərbaycanlıların düşmənləri” olduğunu təlqin edirlər. Bununla yanaşı, azərbaycanlılar erməniləri “qara paltarlı Allahsız kimi tanıdırlar”.
Göründüyü kimi, Leyla Yunus sözügedən sərsəm düşüncələri ilə yalnız ermənilərin dəyirmanına su tökməyib, eyni zamanda, bütün dünyaya tolerant və multikultural dəyərləri ilə örnək olan Azərbaycan dövlətinə və xalqına qarşı xas olmayan şəkildə şər-böhtan atıb, xristian ölkələri ilə Azərbaycan dövlətinin arasında bölücülük toxumu səpməyə cəhd göstərib.
Əbəs deyil ki, məhz həmin Leyla Yunus illərlə Ermənistanın xüsusi xidmət orqanlarının təlimatları əsasında işləyən müxtəlif erməni QHT-ləri ilə əməkdaşlıqlar edib, bu gün də həmin fəaliyyətini Avropada davam etdirməkdədir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar