Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Əlilliyə görə pensiyalar elektron qaydada təyin olunacaq

Tarix: 06-03-2019 19:10     Baxış: 3242 A- / A+
Əlilliyə görə pensiyalar elektron qaydada təyin olunacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu ay ərzində əlilliyə görə pensiya təyinatının da elektron sistem üzərindən həyata keçirilməsinə başlamağı planlaşdırır.

Nazirlikdən verilən məlumata görə, bunun üçün müvafiq avtomatlaşdırılmış infrastrukturun hazırlanması işləri artıq yekunlaşmaq üzrədir.

Yaşa görə pensiya təyinatı kimi, əlilliyə görə pensiya təyinatı da heç bir yerə müraciət olunmadan və sənəd təqdim edilmədən elektron qaydada təyin olunacaq. Əlillik təyin olunan şəxsin pensiya hüququ yarandıqda ona həmin gün ərzində elektron qaydada pensiya təyin edilməklə bu barədə (həmçinin pensiyanın məbləği, bank kartını əldə edəcəyi bank filialı və vaxt barədə) “sms”, e-mail və ya rəsmi məktubla məlumat veriləcək.
Bildirilib ki, nəticədə əliliyə görə pensiya təyinatında da vətəndaş-məmur təması tam aradan qalxacaq. Şəffaf və çevik pensiya təyinatı təmin edilməklə vətəndaş məmnunluğu artacaq.

Xatırladaq ki, pensiya təminatı sistemi 1 milyon 300 min nəfəri əhatə edir ki, onlardan 58,3 faizi yaşa görə, 11,6 faizi ailə başçısını itirməyə görə, 30,1 faizi isə əlilliyə görə pensiya alanlardır.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar