Xəbər lenti
İstanbulda Rəsulzadə Parkı salınacaq - Mübariz Mənsimovdan daha bir örnək addım
“Palmali” Şirkətlər Qrupunun sahibi Mübariz Mənsimov Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) banisi Məhəmməd Əmin Rəsulzadənin adını Türkiyə paytaxtında əbədiləşdirəcək.
Manevr.az xəbər verir ki, Mübariz Mənsimov İstanbulda Rəsulzadə parkının salınacağını özünün “Facebook” səhifəsində anons edib.
Mənsimov qeyd edib ki, Məhəmməd Əmin Rəsulzadə və silahdaşlarının 100 il öncə bu millətin qəlbində yandırdıqları istiqlal atəşini heç bir güc söndürə bilməz:
“Kapitanların necə fırtınalarla üzləşdiyi kimsəyə maraqlı deyil. Əsas onun gəmini sahilə necə çatdırıb-çatdırmamasına baxılır və qiymət ona görə verilir. Məhəmməd Əmin Rəsulzadə və silahdaşları 100 il öncə bu millətin qəlbində elə bir istiqlal atəşi yandırdılar ki, heç bir güc onu söndürə bilmədi.
Bir kərə yüksələn bayrağın bir daha enməyəcəyini görməyə ömrü yetməsə də, toxumların cücərməsi üçün mübarizəsini son nəfəsini verənə – 6 mart 1955-ci ilə qədər dayandırmadı.
Bu gün başımız üzərində dalğalanan üç rəngli bayraq durduqca, Rəsulzadəni sayğı və sevgi ilə xatırlayacağıq. Könül istərdi ki, Şərqin ilk Cümhuriyyətini quran Kişinin adı Türk Dünyasının hər bir ölkəsini bəzəsin.
Ancaq mən öz növbəmdə “Rəsulzadə” gəmisini istifadəyə verməklə bərabər, İstanbulda Məhəmməd Əmin Rəsulzadə Parkının salınmasına çalışacağam. Ruhun şad olsun, böyük lider!”
Qeyd edək ki, “Palmali” şirkətinin istismara veriləcək son iki gəmisindən birinə Məhəmməd Əmin Rəsulzadənin, digərinə isə mərhum prezident Əbülfəz Elçibəyin adı verilib.yeniçağ.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar