Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Çoxmənzilli binaların istismar qaydaları sadələşdirildi

Tarix: 05-03-2019 09:36     Baxış: 2218 A- / A+
Çoxmənzilli binaların istismar qaydaları sadələşdirildi


Baş nazir Novruz Məmmədov 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış, istismar edilən mənzilləri olan və aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismarına icazənin formasını təsdiq edib.

Manevr.az xəbər verir ki, forma prezidentin "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” fərmanını icra etmək məqsədi ilə hazırlanlıb.

İcazə formasında binanın yerləşdiyi ərazi, tikinti obyektinin istismarına icazə verən orqanın adı, tikinti obyektinin ünvanı, döngə nöqtələrinin koordinatları, istismar təyinatı, tikintiyə icazə, tikinti layihəsinin yerli icra hakimiyyəti orqanı tərəfindən razılaşdırılması barədə qeydin və ya tikintiyə razılıq (torpaqayırma, layihələndirmə və s.) verilməsi barədə həmin orqanın qərarının tarixi və nömrəsi, tikinti obyektinin sahibi (sifarişçisi), tikinti obyektinin əsas texniki göstəricilərinin qeyd olunması nəzərdə tutulub.

Həmçinin Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılmış müayinənin nəticələrinə əsasən yükdaşıyan konstruksiyaların dayanıqlılıq, möhkəmlilik baxımından istismara yararlılığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, liftlərin və mühəndis-kommunikasiya təminatı sistemlərinin istismara hazırlığı barədə verilmiş müsbət rəy nəzərə alınaraq binanın istismarına icazə verilməsi qeyd olunur.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar