Sizin Reklam Burada
Xəbər lenti
17-11-2025
16-11-2025
BÜTÜN XƏBƏRLƏR

Tikinti ilə bağlı bəzi xidmətlər pullu olacaq

Tarix: 05-03-2019 07:58     Baxış: 3190 A- / A+
Tikinti ilə bağlı bəzi xidmətlər pullu olacaq
Azərbaycanda müvafiq qurumlar tikinti fəaliyyəti sahəsində göstərdikləri xidmətləri ödənişli əsaslarla həyata keçirəcəklər.

Manevr.az
-ın məlumatına görə, bununla bağlı Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişikliklər edilir.

Dəyişikliklər Milli Məclisə Azərbaycan Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim edilib.

Məcəlləyə təklif edilir ki, tikinti layihələrinin şəhərsalma sənədlərinə uyğunluğunun yoxlanılmasına, habelə siyahısını, məbləğini və tətbiqi hallarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi tikinti fəaliyyəti sahəsində müvafiq qurumlar tərəfindən göstərilən digər xidmətlərə görə haqq ödənilsin.

Bu dəyişiklik müvafiq qurumlar tərəfindən tikinti layihələrinin şəhərsalma sənədlərinə uyğunluğunun yoxlanılmasının və tikinti fəaliyyəti sahəsində göstərdikləri xidmətlərinin ödənişli əsaslarla həyata keçirilməsini nəzərdə tutur.

Hazırda Məcəllədə ödənişlər yalnız tikinti layihələrinin ekspertizadan keçirilməsi üçün nəzərdə tutulub.

Digər dəyişikliklər şəhərsalma fəaliyyətinin tənzimlənməsi və təkmilləşdirilməsi ilə bağlıdır.

Yeni layihədə təklif edilir ki, tikintiyə icazə verilərkən əvvəlcə tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğunluğunun yoxlanılması təklif edilir. Rəy müsbət olduqda isə müvafiq rəylərin verilmısi üçün sorğu göndəriləcək.

Layihədə şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət orqanlarında işləyən əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi üçün Məcəlləyə müvafiq əlavələrin edilməsi təklif edilir. Bu əlavəyə əasən, Məcəllənin tələblərinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinə əsasən tətbiq edilən cərimələrdən toplanan vəsaitin 50 faizi işçilərin sosial müdafiəsinin gücləndirilməsinə sərf ediləcək.trend


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar