Xəbər lenti
Problemli kreditlərlə bağlı “qaynar xətt” yaradılacaq - Nazir AÇIQLADI
"Şübhəsiz ki, problemli kreditlərlə əlaqədar zamin, borclu, bank və kredit alanlar arasında bir çox sual yaranacaq. Hər bir fərdi hala baxılmasına ehtiyac var, çünki bunlar bir-birindən fərqlənə bilər”.
Bunu jurnalistlərə açıqlamasında problemli kreditlərlə əlaqədar Prezident fərmanını şərh edən maliyyə naziri Samir Şərifov bildirib.
S. Şərifov deyib ki, Maliyyə Nazirliyinin İnternet portalında xüsusi bir bölmə yaradılır: "Fərmana əsasən, konkret təşkilatlar qarşısında 45 günlük müddət qoyulub. Ödənişlər Maliyyə Nazirliyi tərəfindən həyata keçiriləcək. Ona görə də Maliyyə Nazirliyində problemli kreditlərlə bağlı "qaynar xətt” də yaradılacaq. "Qaynar xətt"ə zənglər daxil olarkən həmin suallar cavablandırılacaq”.
Maliyyə naziri qeyd edib ki, fərmana əsasən, kreditlər bağışlanmır: "Fərmanda sadəcə, vaxtı ötmüş kreditlərin bağlanması üçün daha uzun müddət verilir. Eyni zamanda banklara, kredit təşkilatlarına tövsiyə olunur ki, borclulara dair məhkəmə, hüquq-mühafizə orqanlarında olan işləri geri çağırsın. Faiz və dəbbə borclarının silinməsi üzrə tədbirlər görülsün. Banklar, kredit təşkilatları borclulara dair məhkəmə və hüquq-mühafizə orqanlarında olan işləri geri çağırdıqdan sonra camaat "qara siyahı"lardan əziyyət çkməyəcək". (ONA.az)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar