Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bu şəxslərin ölkədən çıxışı ilə bağlı qadağa qalxacaq

Tarix: 03-03-2019 11:40     Baxış: 3289 A- / A+
Bu şəxslərin ölkədən çıxışı ilə bağlı qadağa qalxacaq

Prezident İlham Əliyevin fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərmanından irəli gələn məsələlərə dair bütün hüquqi nəticələr ləğv olunacaq.
Manevr.az xəbər verir ki, bu sözləri axar.az-a vaxtı keçmiş kredit borcları ilə bağlı yaranmış məhkəmə işləri ilə bağlı danışan Prezident yanında Əfv məsələləri komissiyasının üzvü Əliməmməd Nuriyev deyib. Komissiya üzvü vurğulayıb ki, Prezidentin fərmanının əsas məzmunu da elə məhz bundan ibarətdir:

"Prezident İlham Əliyevin fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərmanından irəli gələn məsələlərə dair bütün hüquqi nəticələr ləğv olunacaq. Söhbət ancaq 10 000 dollaradək olan problemli kreditlərlə bağlı məhkəmə işlərindən gedir. Prezident mexanizmlərin müəyyənləşdirilməsi ilə bağlı müvafiq qurumlara göstəriş verib. Bu mexanizmlərlə bağlı meydana çıxan bütün məsələlər məhz fərmana uyğun olaraq həll olunacaq. Hər bir məsələyə isə fərdi qaydada baxılacaq”.

Ə.Nuriyev bildirib ki, fərmandan irəli gələn məsələlərlə bağlı hər kəsin hüququ tam bərpa olunacaq:

"Əvvəla, 10 000 dollara qədər olan kredit borcuna görə kiminsə həbs olduğunu güman etmirəm. Fərmanda göstərilən məbləğədək kredit borcuna görə məhkəmə qərarları əsasında ölkədən çıxışına icazə verilməyən şəxslər üzərindən bu qadağa götürüləcək”.

Sözügedən kateqoriyaya kompensasiyaların verilməsinə gəlincə, komissiya üzvü fərmanda göstərilən şərtlərə əsasən sosial ədalətə təsir göstərən bütün faktorların bərpa olunacağını deyib:

"Fərmanda qeyd olunub ki, devalvasiyadan sonra ödənilmiş kredit faizləri arasındakı fərq qaytarılacaq. Bu o deməkdir ki, qərar göstərilən məbləğədək (10 000 ABŞ dolları) kredit borcu olan şəxslərin işlərinə aid ediləcək. Belə ki, həmin kredit məbləği həcmində kredit borcu olan sahibkarlıq subyektləri qərardan yararlana biləcəklər. Yəni bu güzəşt hüquqi şəxs olan biznes subyektləri və kommersiya qurumlarına şamil edilmir”.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar