Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənilər Fəxrəddinin müdafiəsinə qalxdı

Tarix: 03-03-2019 09:48     Baxış: 3307 A- / A+
Ermənilər Fəxrəddinin müdafiəsinə qalxdı

Azərbaycanı parçalamaq planlarında yer alan vətən xaini Fəxrəddin Abbasov qanun qarşısına çıxarıldı. Dövlət öz vətəndaşlarının adından sui-istifadə edərək, düşmən Ermənistanın planlarında yer alan və suverenliyinə təhlükə olan bu casusu zərərsizləşdirdi. Lakin diqqət çəkən əsas məqamlardan biri də ermənilərin F.Abbasovun həbsindən keçirdikləri narahatlıq və onun həbsinə reaksiyalardır.
Manevr.az xəbər verir ki, Ermənistan mediası F.Abbasovun həbsini milli ayrı-seçkilik, Azərbaycanda milli azlıqlara təzyiq olunması, onların hüquqlarının məhdudlaşdırılması, bu əsasda talışlara qarşı təzyiqin nümunəsi kimi təqdim etməyə çalışır və kampaniya aparırlar.

“Lragir” saytı da F.Abbasovu xüsusi müdafiə edənlər sırasındadır. Sayt vətən xaininin həbsinə görə Rusiyanı da ittiham edib. Eyni iddialarla Ermənistanın əsas media orqanları da çıxış edib. Hətta onlar F.Abbasovu “alim”, “siyasi lider” kimi təqdim etməyə çalışırlar.

Bu bir daha təsdiqləyir ki, erməni xüsusi xidmət orqanları Azərbaycanı parçalamaq üçün F.Abbasov və onun kimi vətən xainlərindən istifadə edir.

F.Abbasov hazırda Hollandiyada yaşayan vətən xaini Ələkrəm Hümbətovun Azərbaycanı bölmək planlarının aktiv iştirakçısıdır. Onun həbsinə Hümbətovun reaksiyası da bunu sübut edir. Hümbətov da ermənilər kimi Azərbaycanda milli azlıqlara hücum iddialarını sərgiləyir. Bu vətən xaininin F.Abbasovun həbsi ilə bağlı son bəyanatının Ermənistan KİV-i tərəfindən tirajlanması da bütün proseslərin arxasında erməni xüsusi xidmət orqanlarının dayandığını təsdiqləyir.publika.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar