Xəbər lenti
Azərbaycanda su qıtlığı yarana bilər
Azərbaycanda su qıtlığı yarana bilərİqlim dəyişmələri nəticəsində Azərbaycanın çaylarında müəyyən qədər su azalması müşahidə ediləcək
"İqlim dəyişmələri nəticəsində Azərbaycanın çaylarında müəyyən qədər su ehtiyatının azalması müşahidə edilə bilər".
Manevr.az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin sektor müdiri Mütəllim Əbdülhəsənov deyib.
Onun sözlərinə görə, iqlim dəyişmələrinin həssas ərazilərə təsiri böyükdür. Azərbaycan da iqlim dəyişmələrinin təsirinə məruz qalan ölkələr siyahısındadır: "Su ehtiyatlarının azalmasına iqlim dəyişmələrinin də təsiri var. Gələcəkdə bu amil eləcə də çaylara öz təsirini göstərə bilər. İqlim dəyişmələri nəticəsində Azərbaycanın çaylarında müəyyən qədər su azalması müşahidə ediləcək. Bu gün də çaylarımızda suyun azalmasının təzahürlərini görürük. Amma ölkəmiz bu sahədə strategiyalar, milli proqramlar qəbul edib, adaptasiya tədbirləri müəyyənləşdirib. İqlim dəyişmələrinin Azərbaycanın təbiətinə, insanlara təsirinin azaldılması üzrə tədbirlər müəyyənləşdirilib. İqlim dəyişmələrinin içməli su ehtiyatlarının azalmasına səbəb olan təhdidlərinin qarşısını almaq üçün su anbarları tikirik. Taxtakörpü Su Anbarı, Tovuz Su Anbarı, Şəmkirçay Su Anbarı bu günün iqlim dəyişmələrindən yarananan fəsadlara yönəlib".
M.Əbdülhəsənov qeyd edib ki, gələcəkdə hər bir vətəndaş sudan səmərəli istifadə etməli, su ehtiyatının tükənməsinə yol verilməməlidir. Bunun üçün çaylar mühafizə olunmalı, çayların ekoloji axını bərpa olunmalı, yaşıl texnologiyalardan, eyni zamanda suya qənaetedici texnologiyalardan istifadə edilməli, sudan qənaətlə, lazım gəldikdə təkrar istifadə edilməlidir: "Tullantı sularını təmizləyib dənizə atırıq. Amma niyə atırıq?! Biz ondan istifadə edə bilərik. Abşeronda kifayət qədər yaşıllaşdırılmalı ərazilərimiz var və bu sulardan istifadə oluna bilər".
Nazirlik rəsmisi əlavə edib ki, bu gün suvarma üçün istifadə edilən suyun 50 faizə qədəri itkiyə gedir. Azərbaycanda su mənbələrindən 12 milyard kub metr su götürülür ki, onun 8 milyardı istehlakçılara verilir, 4 milyardı isə texniki problemlərlə əlaqədar yolda, su kanallarında itir.
Onun sözlərinə görə, Azərbaycanda suyun 30 faizi daxili çaylar hesabına formalaşır, suyun 70 faizi kənardan çirklənmiş halda ölkəmizə daxil olur.(Sputnik Azərbaycan)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar