Xəbər lenti
"Problemli kreditlərə görə 1,4 mlrd. manat vəsait lazımdır"
Problemli kreditlərin həlli üçün 1.4 mlrd. manata yaxın vəsait tələb edilir.
Manevr.az fed.az-a istinadla xəbər verir ki, bunu iqtisadçı Rövşən Ağayev müxtəlif rəsmi açıqlamalardan götürdüyü məlumatlara istinad edir.
R.Ağayev bildirir ki, bu məbləğin təqribən 700 mln. manatı məzənnə dəyişikliyi nəticəsində vətəndaşların əsas borc məbləği üzrə yaranmış əlavə vəsaitin kompensasiyasına gedəcəyi gözlənir. 682 mln. manat isə fərman imzalanan günə ödəmə müddəti 360 günü ötmüş 10 000 dollar və ya 17 000 manata qədər olan borcların yenidən şərtləndirilməsi ilə bağlı olacaq. Beynəlxalq Bank əməliyyatından sonra bu hökumətin bank sektoruna 2-ci ən böyük yardım paketidir. Dünənki fərmanla bağlı bir vacib məqam: əsas suallardan biri budur ki, Mərkəzi Bankın kommersiya banklarına 682 mln. manat güzəştli kredit dəstəyinin 215 mln. dollar ekvivalentində (365 mln. manat) qiymətli kağız formasında verməsinin səbəbi nədir.
"Fərmanda da qeyd edildiyi kimi, səbəb borcların restrukturizasiyasına getmiş bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaqdır. Sxem belədir: vətəndaşın bank qarşısında 10000 dollar öhdəliyi manata çevirlən kimi həmin bankın xarici valyutada aktivləri azalır, manat ifadəsindən isə artır. Nəzərə alaq ki, bu əməliyyat baş verəndə bankın xarici valyutada öhdəliyi dəyişməz qalır. Bu isə həmin bankın qısa açıq valyuta mövqeyinə keçməsi riski yaradır. Bunu nəzərə alaraq Palata və Mərkəzi Bank 682 mln. manatın təxminən yarısını valyutada qiymətli kağız formasında onların passivinə daxil etməyi hədəfləyir ki, banklar bu riskdən sığortalansınlar", – deyə iqtisadçı R.Ağayev bildirir.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar