Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
BÜTÜN XƏBƏRLƏR

Milli parklara giriş bir gün pulsuz olacaq — SİYAHI

Tarix: 01-03-2019 17:49     Baxış: 3205 A- / A+
Milli parklara giriş bir gün pulsuz olacaq — SİYAHI

“3 mart vəhşi təbiətin mühafizəsi günü” ilə əlaqədar Azərbaycanın milli parklarında martın 3-də “Açıq qapı” günü keçiriləcək.

Manevr.az
xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib. Nazirlik rəsmisi bildirib ki, həmin gün bütün milli parklarda ziyarətçilər üçün giriş pulsuz olacaq.

Onun sözlərinə görə, “Açıq qapı” günü səhər saat 09:00-dan saat 18:00-dək davam edəcək: “Məqsəd ölkənin milli parklarının turizm potensialını turistlərə göstərmək, onların iştirakı və bilavasitə köməyi ilə xüsusi mühafizə olunan təbiət ərazilərini geniş təbliğ etməkdir. “Açıq qapı” günlərinin bundan sonra da əlamətdar tarixlərdə keçirilməsi nəzərdə tutulur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər kəsi milli parklara dəvət edir".
Xatırladaq ki, Azərbaycanda 10 milli park var;

1. Abşeron Milli Parkı
2. Altıağac Milli Parkı
3. Şahdağ Milli Parkı
4. Samur-Yalama Milli Parkı
5. Şirvan Milli Parkı
6. Hirkan Milli Parkı
7. Ağgöl Milli Parkı
8. Göygöl Milli Parkı
9. Qızılağac Milli Parkı
10. Zəngəzur Milli Parkı.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar