Xəbər lenti
Daşnak hücumlarından qorunmaq üçün hələ 1988-ci ildə Xocalıda döyüş topu da hazırlanmışdı
Ancaq o vaxtlar ölkə rəhbərliyi müdafiə üçün xocalılara adi tüfəng də verməmişdi
...1988-ci ilin aprel ayının sonları idi. Daşnakların ardıcıl davam edən "miatsum" mitinqlərindən, Ağdamdan Əskərana yürüş zamanı ermənilər tərəfindən iki gəncin qətlə yetirilməsindən, Sumqayıtda törədilmiş erməni təxribatlarından sonra "Vışka" qəzetinin Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) üzrə xüsusi müxbiri kimi Stepanakertə ilk səfərim idi.
Yolüstü Ağdam rayon Partiya Komitəsinə baş çəkərək, vilayətdəki vəziyyəti öyrənib, ordan Stepanakertə (hələlik o şəhərin adı belədir, nə vaxt öz bayrağımızı orda dalğalandırsaq, bax, onda olacaq əsl Xankəndi!) getməyi planlaşdırmışdım. Raykomda ermənilərin son günlərdə hədsiz azğınlaşdıqlarını, ona görə də mənim Stepanakertə getməyimin təhlükəli olduğunu nəzərə çatdıraraq, buna qəti etiraz bildirməklə mənə maşın verməyə də razı olmadılar. "Qonağımızsınız, qalın Ağdamda, ora başqa vaxt gedərsiniz. Hələlik olmaz. Sizin həyatınızı risq qarşısında qoyub, düşmən yuvasına göndərə bilmərik, təkid etməyin", - dedilər.
"Düşmən yuvası"na redaksiyanın tapşırığı ilə, həm də öz istəyimlə hökmən getməli olduğumu bildirərək, dönə-dönə xahiş etsəm də, mümkün olmadı. Əlacsız qalıb, raykomdan çıxaraq, əvvəlcə bir taksi sürücüsündən, sonra digərindən məni Stepanakertə aparmalarını xahiş etsəm də, heç bir şey alınmadı, heç kəs risq etmək istəmirdi - həm qonağa, həm də özlərinə görə. "Qardaş oğlu, qoy bir az ara sakitləşsin, nə vaxt istəsəniz, o qədər gedərik ki ora...", - dedilər. (Ancaq sonralar ara heç sakitləşmədi, ARA it uşağı da getdikcə quduzlaşdı...)
Təbii ki, mən geri - Bakıya qətiyyən əliboş qayıtmaq fikrində deyildim. Bu, bir jurnalist kimi mənim xarakterimə yad idi. Yaxşı ki bir çıxış yolum qalırdı, son ümid yerim - Ağdam Dövlət Dram Teatrı. Daha doğrusu, Teatrın direktoru və baş rejissoru, Sumqayıt Dövlət Teatrından tanıyıb-dostlaşdığım Ağalar İdrisoğlu. O, mənim gəlişimdən, görüşümüzdən xoşhal olsa da, niyyətimi bilib, fikrə daldı.
- Qardaş, gəl sən daşı ətəyindən tök, o xarabaya getməyi təxirə sal, çox qarışıqlıqdır orda, it yiyəsini tanımır. Həm də bilsələr ki, sən Sumqayıtdansan, dava-qırğın düşəcək. Gəl həyatınla oynama, - dedi.
Qərarımın qəti olduğunu görərək, Teatrın foyesində aktyorları da başına yığıb, məni çaya dəvət etdi ki, bəlkə birazdan mənim "ağlım başıma gəldi" və mən fikrimdən daşındım. Lakin mən onu, o da məni çox dilə tutduqdan sonra bir şey alınmayacağını görüb, Teatrın sürücülərindən birini yanına çağırıb soruşdu ki, mənim bu jurnalist dostumu Stepanakertə apara bilərsən? Sürücü diqqətlə məni süzərək, nigaranlığımı duyub, qayıtdı ki, niyə aparmıram ki, apararam. Belə olduqda Ağalar müəllim:
- Bax, dostumu sənə tapşırıram. Necə varsa da, onu aparıb Obkoma çatdırıb, geri dönürsən, oldu? Yaxşı yol, Allah amanında! - deyib, bizimlə "kamikadze"ləri yola salırmış kimi xudahafizləşdi.
...Stepanakertdə təhlükəli anlar yaşamalı olsam da, məni... öldürmədilər. Hətta bir gün orda qalıb (mehmanxanada yer də ala bilmişdim), "obkom"da, xalça fabrikində, öz mənfur ideyalarını daha geniş təbliğ etmək üçün yenicə yaratdıqları telestudiyada (zalım uşağı öz istəklərini həyata keçirmək üçün çoxdan idi ki, "əl altından" kompleks hazırlıq işləri aparırmışlar) və s. olmuş, ermənilərin Qarabağ məsələsinə münasibətlərini öyrənə bilmişdim (bu haqda başqa bir məqalədə).
Səhərisi günü geri - Ağdama qayıdarkən yolüstü Stepanakertə və erməni kəndlərinə yaxın olan Xocalıda (o vaxt hələ şəhər deyil, qəsəbə idi) dayandım. Qəsəbə Sovetinin sədri Elman Məmmədovu tapıb, Xocalıdakı vəziyyətlə, yaranmış gərgin şəraitdə camaatın güzəranı ilə maraqlandım, kəndə erməni hücumu, digər təxribatlar olub-olmadığını öyrənməyə çalışdım. Bildirdi ki, Novruz bayramında ermənilərin qəsəbəyə hücum cəhdləri olsa da, burunları əzilib, geri qayıtmalı olmuşdular.
- Necə, silahınız varmı qorunmağa? - soruşdum.
"Topumuz da var!", - deyəndə bu gözləmədiyim cavabdan heyrətlənərək, sevinc, qürur hissi keçirdim. Erməni əhatəsində olan bir Azərbaycan kəndinin belə bir silaha malik olması o qədər də inandırıcı görünmədiyindən, təkrar soruşdum:
- Topunuz var? Nə yaxşı, hardandır?
- Dəmirçi emalatxanamızda özümüz düzəltmişik, - deyəndə daha da fərəhləndim.
- Bəs atırmı?
- "Atır" da sözdür? Dağım-dağım dağıdır! - deyə Elman müəllim qürurla cavab verdi.
- Bəs mərmini hardan tapmısınız?
- Tapmamışıq, onu da kənd cavanları ilə birgə özümüz düzəltmişik. Ancaq əsl mərmi yox, bolt-qaykadan yığıb-düzəltdiyimiz bir şeydir, - deyəndə ikimiz də güldük. - Bir gurultu qopardır ki, gəl görəsən. Odur ki, ermənilər bayram gecəsi silahlı hücum etmək istəslər də, niyyətləri baş tutmadı, bizim top-tüfəng atəşindən sonra qorxub geri çəkildilər.
Elman müəllimlə söhbət edə-edə gedərək, kəndin bir kənarında gizlədilmiş o "unikal" topu görəndə xocalıların taleyindən nigarançılığım bir qədər azaldı. Sən demə, xalq çıxılmaz vəziyyətə, dara düşəndə ağlı-zəkası daha güclü olurmuş, beyni daha iti işləyirmiş. Məhz Elman müəllimin kənd camaatını ermənilərə qarşı mübarizəyə səfərbər edə bilməsi, xocalıların mərdliyi, qorxmazlığı sayəsində Xocalı düşmən əhatəsində 4 ildən də artıq mətinliklə dayana bildi, baxmayaraq ki, respublika rəhbərliyi blokada vəziyyətində olan, strateji əhəmiyyətli o "plasdarm" üçün lazımi müdafiə tədbirləri görməklə bağlı heç bir qətiyyətli addım atmamış, 10 minlik əhalinin təhlükəsizliyini təmin etmək barədə ciddi düşünmək belə istəməmişdi. Nəticəsi isə çox ağır olmuş, Azərbaycanın sinəsinə bütün gələcək əsrlər boyu davam edəcək, göynərtisi xalqımızı daim narahat edəcək çalın-çarpaz dağlar çəkilmişdi.
Vikipediyadan: Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsirlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bugünədək məlum deyil.
İndi xəyalən artıq 27 il arxada qalmış o müdhiş günlərə qayıdaraq, o vaxtkı respublika rəhbərlərindən soruşmaq istərdim ki, sizin oğlunuz-qızınız, qoca ata-ananız Xocalıda mühasirədə qalmış olsaydı, siz onların müdafiəsi üçün hətta Kremli "ayağa qaldırıb", "AZAL"ın rəhbəri Cahangir Əsgərov 2002-ci ildə Moskvadakı "Nord-Ost" Teatr mərkəzində xanımını çeçenlərin əlindən son momentdə qurtardığı kimi, Siz də bütün gücünüz-imkanlarınızla əzizlərinizin xilasına çalışmazdınızmı? Bütün ciddi-cəhdlə çalışardınız, ancaq yəqin ki, C.Əsgərov kimi siz də ancaq öz əzizinizi xilas etməklə kifayətlənərdiniz. Bəs, qalan xocalılar?.. 1-2 nəfərin yox, 613 (!) nəfər azərbaycanlının qətlə yetirilməsi, aralarında azyaşlı uşaqlar, qız-gəlinlər və qocalar da olmaqla 1275 (!) həmvətənimizin əsir götürülməsi sizin vicdanınızı heç azca da olsa, silkələyirmi?..
Axı, Xocalı və onun günahsız sakinləri niyə sizin daş laqeydliyinizin, biganəliyinizin qurbanı olmalı idi? Siz deyildinizmi Konstitusiyaya və müqəddəs Qurana əl basıb, Dövlət bayrağımızı öpüb, xalq qarşısında and içən ki, Azərbaycan vətəndaşlarının hüquqlarını qoruyacaq, onların təhlükəsizliyini təmin edəcəksiniz? Yoxsa, sizin üçün xalq qarşısında and içmək milyonlarla rüşvət almaq qədər "xırda", əhəmiyyətsiz bir şey idi?
Niyə başa düşmək istəmədiniz ki, Dağlıq Qarabağda 10 min nəfərlik ordu kimi dayanmış xocalıları hər vasitə ilə silah-sursatla tam təmin etmək lazım idi? Niyə anlamaq istəmədiniz ki, 1991-ci ilin avqustunda SSRİ dağıldıqdan cəmi üç ay sonra Qaradağ səmasında vurulan hərbi vertolyotda Məhəmməd Əsədov, İsmət Qayıbov, Vaqif Cəfərov kimi cəngavərlərin, İqor Plavski, Vəli Məmmədov, Osman Mirzəyev kimi vətəpərvər dövlət rəsmilərinin qətlə yetirilməsi ilə, ölkə rəhbərliyinin zəiflədilməsi ilə erməni neofaşistləri Qarabağı bütünlüklə işğal etmək üçün vuran qoyduqları Qaradağlı kəndindən sonra ilk növbədə Xocalını aradan götürəcəklər? Bəs dövlət başçısı kimi sizin "müdrik"liyiniz, tədbirliliyiniz niyə özünü zərrəcə də olsa, göstərmədi?.. Niyə, niyə?..
Respublikanın keçmiş rəhbərlərinin səhvləri, Dağlıq Qarabağda yaşayan azərbaycanlılara qarşı anlaşılmaz laqeyd münasibət
Təəssüf ki, 1921-ci ilin iyulunda xalqımızın dahi, vətənpərvər oğlu Nəriman Nərimanovun təkbaşına, cəmi iki gün ərzində Zaqfederasiyada heç bir silah işlətmədən, ordusuz-filansız ermənilərin caynağından qopardıb, geri aldığı Dağlıq Qarabağı biz, 9-10 milyonluq bir xalq artıq 30 ildən çoxdur ki özümüzə qaytara bilmirik və hələ də... özümüzə qayıda bilmirik. (Ulu öndər Heydər Əliyev Bakının ən uca yerində N.Nərimanovun əzəmətli heykəlini təsadüfən qoymamışdı! Hətta ermənilər o zaman açıq-aşkar etiraz da etmişdilər ki, orda onların gorbagor olmuş ermənisi, qatı daşnak olan, minlərlə azərbaycanlının amansız qətlinə səbəb olmuş cəllad S.Şaumyana heykəl qoyulmalıydı. Erməni azğınlığına bir baxın!..)
Torpaqlarımızın işğalında ermənilərlə yanaşı özümüz də günahkarıq. Çünki ermənilərin düşmənçiyinə illərlə məhəl qoymamış, naşılıqla, ya da bilərəkdən onların əl-qol açmalarına imkan yaratmışdıq. Nəinki adi müəssisələrdə, hətta dövlət orqanlarında, ö cümlədən Azərbaycan KP Mərkəzi Komitəsində də gözəl-göyçək, ətli-canlı erməni qızlarına katibədən tutmuş daha yüksək vəzifələrədək yer verib, "gözümüz, başımız üstdə" saxlayır, maaşdan əlavə qiymətli hədiyyələr bağışlayır, kef məclisləri üçün "bəsləyirdik" (hətta 1988-ci ilin fevralında daşnakların Sumqayıtda törətdikləri təxribatlardan sonra da şəhərdəki 3 №-li Evtikmə kombinatının Baxşani adlı direktoru üç erməni "axçi"si - katibəsi və digər gözəl qızlarla birgə kombinatın foyesində deyə-gülə oynamaqda, zarafatlaşmaqda idi. Təsadüfən şahidi olmuşdum). Respublikanın keçmiş rəhbərlərindən biri Ermənistanda doktorluq dissertasiyası naminə ermənilərə "kiçik" bir torpaq sahəmizi güzəştə getmiş, başqa birisi Qarabağın erməni xanım müğənnisini Bakıya bir gecəlik "qastrol"a dəvət etmişdi və s.
Respublika rəhbərliyinin bir səhvi həm də onda idi ki, ermənilərin xahişi, təşəbbüsü ilə Ağdamın bir-neçə kəndi "peşkəş" edilməklə Əskəran rayonunun yaradılmasına razı olmuşdu. Ən böyük səhv isə DQMV-nin başlı-başına buraxılması, Qarabağın əzəli sakinləri olan azərbaycanlıların yaşayışı, güzəranları ilə vaxtaşırı tanış olunmaması idi. Onun nəticəsi idi ki, Bakının bir-necə rayonunda raykom katiblərindən biri azərbaycanlı, biri rus və biri də hökmən erməni olduğu halda (sayca az olmalarına baxmayaraq!) DQMV-də üç katibdən heç biri azərbaycanlı deyildi - ikisi erməni, biri də rus idi (orda rusların sayı heç 100 nəfər də olmadığı halda). Uzaq 1945-ci ildən sonra heç vaxt hətta üçüncü katib də belə azərbaycanlı olmamışdı. Əlbəttə, əgər Azərbaycan rəhbərliyi illərlə DQMV-yə getməyib, Şuşada və azərbaycanlıların yaşadıqları kəndlərdə onların vəziyyəti ilə yerindəcə tanış olmurdusa, hər şey ermənilərin ümidinə buraxılmışdısa, daha nə gözləməliydik ki?
Və təsadüfi deyil ki, DQMV-də ixtişaşların, mitinqlərin başladığı ilk günlərdə, elə ondan əvvəl də K.Bağırovun Stepanakertə getməyə cəsarəti çatmadı. (Və deyə bilərəm ki, vətənpərvərlik duyğusu zəif olan, yalnız Kremlin diqtəsi ilə oturub-duran, təşəbbüskarlığı və ağzının kəsəri olmayan, qətiyyətsiz Kamran Bağırovun yerinə o günlərdə digər Bağırov - Mircəfər Bağırov olsaydı, erməniləri elə mitinqə toplaşdıqları yerdəcə güllədən keçirtdirib, "yerlərində oturdardı").
Bəli, təəssüf ki, ümumiyyətlə heç bir respublika rəhbəri Dağlıq Qarabağa getmir, ordakı vəziyyətlə maraqlanmırdı. Vilayət başlı-başına buraxılmışdı. Ancaq DQMV-yə daha çox səfər edilsəydi, əhalinin, o cümlədən Qarabağ ermənilərinin rəğbətini qazanmaq mümkün olsaydı, bəlkə də onların diqqətini Ermənistandan yayındırmaq, Azərbaycana meylləndirmək olardı. Bəlkə onda 1988-ci il hadisələrini başqa məcraya da yönətmək çətin olmazdı.
Respublika rəhbərliyinin Dağlıq Qarabağa kifayət qədər diqqət yetirməməsinin nətiəsi idi ki, vilayət mərkəzində, Martuni, Mardakert və Hadrutda dövlət müəssisə və təşkilatlarının önündəki lövhələr ancaq erməni dilində idi (Stepanakerti gəzərkən adama elə gəlirdi ki, Azərbaycanda yox, Ermənistandasan), azərbaycanlılara 3-4-cü dərəcəli işlər verilirdi, Qarabağ İpək Kombinatının baramaaçma sexində ən ağır işdə çalışanlar - qaynar su altında işləyən qadın və qızlar yalnız Xocalının qız-gəlinləri (orda bir nəfər də olsun erməni işləmirdi), heyvandarlığın yolsuz-rizsiz, şəraitsiz fermalarında ən aşağı maaşla çalışanlar da azərbaycanlılar idi.
Xocalı həm də ona görə qurban getdi ki, vaxtilə Qarabağ xanının vəziri Molla Pənah Vaqif ancaq özümüzün və ermənilərin gözəllərinə şeir qoşmaqla məşğul idi, erməni məliklərinin məkrli niyyətlərinə əhəmiyyət vermirdi, bizim 15-18 yaşlı oğlanlar "ənzəli", "dirədöymə" oynamaqla başlarını qatırdılar, ermənilər isə gecə-gündüz top-tüfənglə əlləşirdilər, bizimkilərin çoxu xəncər-qılıncı bellərinə "kişi bəzəyi" kimi bağlayırdı, ermənilər isə orda-burda əllərinə keçən azərbaycanlıların başlarını üzürdülər. Bizim gənclər Sovet ordusunda daha çox inşaat batalyonlarında günlərini keçirir, onlar isə artilleriya-raket hissələrundə hərbin sirrlərini öyrənirdilər.
Kiçik bir haşiyə 1987-ci ilin dekabrında Mardakertdə ezamiyyətdə olarkən ordakı mağazaların birindən kiçik oğlum Orxan üçün uşaq dəsmalları almışdım. O zaman həmin dəsmallardan biri çox xoşuma gəlmişdi - üstündə rus kazakının döyüş topu və mərmilərlə yanaşı rəsmi verilmişdi. Yalnız bir-neçə ay sonra başa düşdüm ki, bu, adicə dəsmal deyilmiş, ermənilərin öz uşaqlarını hələ kiçik yaşlarından döyüşçü, "canavar" olmağa səsləyən bir təbliğat vasitəsi imiş. Yəni ki, daşnaklar öz dığalarını hələ kiçik yaşlarından bizlərlə döyüşə, müharibəyə hazırlaşdırır, biz isə ən yaxşı halda bir-birimizə daş atıb, baş yarmaqla (özümüzünkülərin! - bəzən də erməni qızları üstündə) məşğul olurduq.
Bəlkə, özümüz günahkar deyilik?
Qeyd etdiyim kimi, Xocalı soyqırımı Stepanakertdə erməni iğtişaşları başladıqdan 4 il sonra baş verdi. 1988-ci ilin yanvarından 1992-ci ilin fevralınadək - 4 ildən artıq vaxt ötmüşdü! 4 il! Nələr etmək olmazdı həmin o 4 ildə? Heç nə etmədik, etmək istəmədik... Vaxtiıə Stalin 4 il ərzində Hitlerin başını əzib, geri oturtmuşdu. Biz isə sayca bizdən qat-qat az olan ermənilərin öhdəsindən gələ bilmədik. Düzdür, "rus" faktorunu da yaddan çıxartmaq olmaz. Əlbəttə, bütün müsibətləri başımıza onlar ermənilərlə birgə gətirdilər...
Həmin 4 il müddətində respublika rəhbərliyi sanki başını əlləri arasına alıb gözlədi ki, görək, Qarabağın taleyi necə olacaq? Hadisələri qabaqlamadıq, həmişə baş verənlərin arxasınca süründük... Ermənilər düz 4 il "gözlədi" ki, görək, bu "musurman"ın ağlına nəsə gələcəkmi, nəsə edə biləcəkmi? Ancaq o 4 ildə respublika rəhbərlərinin ağlına gəlib Moskvadan tələb etmədilər ki, erməni kənd-kəsəyi Sovetin, rusun əsgərləri tərəfindən qorunduğu kimi, Xocalı da, digər şəhər və kəndlərimiz də qorunsun. Buna nail olmaq mümkün deyildimi? Mümkün idi, ancaq
Bakıdan belə bir israrlı tələb (heç olmasa, pul, rüşvət gücünə!) olmadı. Olsa da belə, yəqin ki, israrsız, səmərəsiz...
Və erməni də, rus əsgəri də görəndə ki, "musurman"da üsyankar tərpəniş yoxdur, yəqin düşündü ki, Qarabağ ona lazım deyil və Xocalıdan başlayaraq, Şuşanı, Laçını, Kəlbəcəri və daha 5 rayonumuzu zəbt elədi (nədənsə "5 rayon" deyib dururuq, bəs Dağlıq Qarabağda ermənilərin 170 il əvvəl bura köçürülərək məskən saldıqları ərazilərimiz - daha 5 rayon, qovulduğumuz Göyçə, Zəngəzur elləri bizim deyilmi?).
Torpaqlarımız da işğal olundu, minlərlə igid-igid oğullarımız da Vətən yolunda şəhid oldu. Xocalı aerportunun cəsur komendantı, Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyev və digər oğullarımız, Xocalı igidləri erməni-rus birləşmələrinə qarşı son damla qanlarınadək mərdliklə vuruşdular. Ancaq Ağdamın qəhrəman oğlu Allahverdi Bağırovu, 16 yaşında "Ata, ana, mənə halallıq verin, məni Vətən çağırır" deyə Şəkidən cəbhəyə yola düşən, sonralar Xocalının müdafiəsində dayanaraq, döyüşçülərə, yaralılara kömək edən balaca boylu, lakin geniş qəlbli, vətən sevgili Könül Qəhrəmanovanı arxadan güllə ilə vuran xainlər, Elçibəydən onun əvəzinə Azərbaycan prezidenti olacağına zəmanət ala bilmədiyinə görə öz silahlı dəstələrini Stepanakertin 9-10 kilometrliyindən xəyanətkarcasına geri çəkən Surət Hüseynov kimi dönüklər olmasaydı, bəlkə də indi Stepanakertdə yox, XANKƏNDİdə Azərbaycan bayrağı dalğalanardı...
Ancaq heyf ki, bu, hələ müqəddəs, reallaşdıra bilmədiyimiz bir arzu olaraq qalır. Lakin inanırıq ki, bir gün gələcək, Ali Baş Komandanımız İlham Əliyevin hücum əmri ilə Qarabağa doğru böyük QƏLƏBƏ yürüşü başlayaraq, bütün torpaqlarımızı azad edəcək, şəhidlərimizin ruhunu və xalqımızı sevindirə biləcəyik!
Rəhman ORXAN,
respublikanın Əməkdar jurnalisti,
1987-1991-ci illərdə "Вышка" qəzetinin
Dağlıq Qarabağ üzrə xüsusi müxbi

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar