Xəbər lenti
“Bu cür adamlar virtual dünyada başqasına “ağıl verib”, əxlaqdan “dərs keçir”
“Çox vaxt ən cəsarətsiz adam insana cəsarət dərsi keçir”
Manevr.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında Millət vəkili Fazil Mustafa bildirib.
O, sosial şəbəkələrin insanı real həyatdan uzaqlaşdıran vacib səbəblərdən biri olması fikrinə münasibət bildirərək, maraqlı detallara toxunub:
“Sosial şəbəkələr insanı real həyatdan niyə uzaqlaşdırır ki?! Ona qalsa, televiziya, radio bunu çoxdan etməli idi. İnsanın ağlı, şüuru varsa, real həyatla sosial şəbəkə arasında lazımı sərhəd qoyur. Bu cür adam bilir ki, burada nə etmək, hansı addımları atmaq lazımdır. Yəni, insan çimərlikdə çimərlik paltarında olur, şəhərə çıxanda təbii ki, üst geyimini geyinir.
Onda insan çimərlikdə də illüziyaya qapılmalıdır ki, bu formada şəhərdə gəzmək olar? Hər şey insanın özündən asılıdır. Ağıllı insandırsa, reallıqla virtual aləmi qarışdırmaz.
Əgər insanın özündə müəyyən psixi problemlər varsa, təbii ki, sosial şəbəkədə, sosial məkanda özünü yeni bir dünyanın adamı kimi hiss edir. Bu cür adam virtual dünyada qəhrəmanlıqdan dəm vurur, başqasına “ağıl verib”, əxlaqdan “dərs keçir”.
Çox vaxt ən cəsarətsiz adam insana cəsarət dərsi keçir. Hərbi xidmət keçməmiş biri adama vətənpərvərliyin nə olduğunu isbatlamağa çalışır.
Biz belə hallarla tez-tez qarşılaşırıq. Bu baxımdan düşünürəm ki, sosial şəbəkədən düzgün istifadə insanların şüur problemi ilə bağlı məsələdir. Yoxsa, heç kim öz dünyasını, yerini, məkanını dəyişmir”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar