Sizin Reklam Burada
Xəbər lenti
17-11-2025
16-11-2025
BÜTÜN XƏBƏRLƏR

Rövşən Rzayev Goranboyda vətəndaşları qəbul edib

Tarix: 27-02-2019 15:42     Baxış: 2236 A- / A+
Rövşən Rzayev Goranboyda vətəndaşları qəbul edib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev fevralın 27-də Goranboy rayonunda vətəndaşları qəbul edib.

Manevr.az xəbər verir ki, qəbulda Goranboy, Gəncə, Naftalan, Şəmkir rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər iştirak ediblər. Müraciətlər, əsasən, mənzil, məşğulluq, vahid aylıq müavinət, statusun verilməsi və digər məsələlərlə bağlı olub. Vətədaşların müraciətləri dinlənilib, onlara geniş izahat verilib.

Bildirilib ki, Prezident İlham Əliyev məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsini gücləndirmək, bu kateqoriyadan olan vətəndaşlara dövlət qayğısını artırmaq məqsədilə ardıcıl tədbirlər həyata keçirir. Belə şəxslər üçün vahid aylıq müavinətin məbləğinin aprelin 1-dən 50 faiz artırılması barədə qərar bu qayğının növbəti bariz təzahürüdür. Məcburi köçkünlərin mənzil-məişət problemlərinin həlli də diqqət mərkəzindədir. Dövlətimizin başçısının tapşırığına əsasən, bu il 6-7 min məcburi köçkün ailəsinin yeni mənzillə təmin olunması nəzərdə tutulub. Müvəqqəti məskunlaşdıqları bina və tikililər qəzalı vəziyyətdə olan, hələ də ağır şəraitdə yaşayan məcburi köçkünlərin birinci mərhələdə yeni mənzillərə köçürülməsi barədə Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırığı icra edilir. Qaçqınların və məcburi köçkünlərin sağlamlıqlarının qorunması, sosial vəziyyətinin yaxşılaşdırılması, məşğulluğunun artırılması və digər məsələlər Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrdə də önəmli yer tutur.

Qəbulda iştirak edən vətəndaşların müraciətlərinin bir qismi yerində həll edilib.

Dövlət Komitəsinin sədri müraciətlərdə qaldırılan məsələlərin qısa müddətdə araşdırılacağını və müvafiq tədbirlərin görüləcəyini bildirib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar