Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda yenilik: mənzillərin qiymətini internetlə öyrənmək olacaq

Tarix: 27-02-2019 12:12     Baxış: 3132 A- / A+
Azərbaycanda yenilik: mənzillərin qiymətini internetlə öyrənmək olacaq


Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən yaradılan "Mənzillərin alqı-satqı müqavilələri üzrə satış qiymətləri barədə məlumatların verilməsi” adlı xidmət ilə evlərin təqribi bazar qiyməti barədə məlumat əldə etmək mümkündür.

Sadə və rahat formada istifadə imkanı vətəndaşların əlavə ünvanlara müraciət etmədən onlayn formada xidmətdən yararlanmasına şərait yaradır.

Mənzil qiymətləri ilə maraqlanan şəxslər ƏMDK-nın Elektron Xidmətlər Portalında (e-emdk.gov.az) 9-cu elektron xidmət olan "Mənzillərin alqı-satqı müqavilələri üzrə satış qiymətləri barədə məlumatların verilməsi” bölməsinə daxil ola bilər. İstifadəçi xidmət pəncərəsində əmlakın yerləşdiyi region, qəsəbə və küçə adlarını qeyd etməlidir. Xidmət vasitəsilə mənzillərin fərqli vaxt aralığındakı bazar qiymətlərini də öyrənmək mümkündür. Müvafiq tarixlərin bölməyə daxil edilməsi ilə vətəndaş seçdiyi ərazi üzrə mənzillərin satış qiymətlərini ona lazım olan vaxt intervalına uyğun öyrənə bilər. Xidmətdən istifadə nəticəsində vətəndaş seçdiyi ünvandakı mənzillərin tikilmə illəri, satış tarixləri və müqavilə qiymətləri ilə bağlı məlumat əldə edir. Eyni zamanda müvafiq ünvan üzrə əldə olunan nəticələrdə evlərin sahəsi və otaq sayları barədə məlumat da mövcuddur.

Elektron xidmət alıcıların və ev sahiblərinin işini sadələşdirir. Belə ki, seçimlərə uyğun ərazidəki evlərin təqribi qiymətlərini öyrənmək üçün əlavə vaxt itirməyə ehtiyac qalmır. Mənzillərin bazar dəyərlərinin əvvəlcədən öyrənilməsi alqı-satqı zamanı vətəndaşın yanlış məlumatlandırılmasının eləcə də, yarana biləcək digər problemlərin qarşısını alır. Bu barədə məlumatlı vətəndaş şəxsi büdcəsini öncədən planlaşdırır, maliyyə resursuna uyğun mənzili rahatlıqla seçə bilir.

Bundan başqa, ƏMDK tərəfindən fiziki və hüquqi şəxslərə bütün növ daşınmaz əmlakların qiymətləndirilməsi xidmətləri də göstərilir. Bu sahədə işlər nüfuzlu beynəlxalq qiymətləndirmə təlimlərində iştirak etmiş və beynəlxalq sertifikatlara sahib peşəkar mütəxəssislər tərəfindən aparılır.

Qiymətləndirmə xidmətləri milli və beynəlxalq standartların tələbinə uyğun formada aparılır.

Xidmət göstərilməsində informasiya bazası Bazar Məlumatları Bankıdır. Bu baza bütün ölkə ərazisində rəsmi dövriyyədən keçmiş (notarial qaydada təsdiq edilən alqı-satqı müqaviləsi əsasında dövlət reyestrində rəsmi qeydiyyatdan keçmiş) daşınmaz əmlaklar barədə məlumatları özündə əks etdirir. Qiymətləndirmə xidmətlərindən istifadə etmək üçün Əmlak Xidmətləri Məkanına və ya ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrinə müraciət etmək kifayətdir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar