Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Xocalı soyqırımının ildönümü ərəfəsində ağacəkmə aksiyası keçirilib

Tarix: 26-02-2019 21:57     Baxış: 2307 A- / A+
Xocalı soyqırımının ildönümü ərəfəsində ağacəkmə aksiyası keçirilib


Cəmiyyətin mədəni və sosial inkişafı yönündə dövlətimizin atdığı addımlara daha yaxından dəstək olmaq məqsədilə bir qrup Qeyri-Hökumət Təşkilatının birgə fəaliyyət platforması kimi yeni təsis olunmuş "A" QHT Klubu Xocalı soyqırımının 27-ci ildönümü münasibətilə ağacəkmə aksiyası keçirib.
Manevr.az xəbər verir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin də dəstəklədiyi bu tədbir çərçivəsində soyqırım zamanı qətlə yetirilən 613 Xocalı sakininin xatirəsini əbədiləşdirmək üçün 613 agac əkilməsi nəzərdə tutulmuşdu. Aksiyada vətəndaş cəmiyyətinin müxtəlif sahələrinin nümayəndələrindən ibarət könüllülər- ziyalılar, juranlistlər, ali məktəb müəllimləri, BDU-nun SABAH qrupu tələbələri, Bakı İstanbul liseyinin müəllim- şagird kollektivi və valideynlər, ictimai fəallar, KİV nümayəndələri, müharibə veteranları iştirak edirdilər. Bakı-Şamaxı yolunun 58-ci km-də, Qobustan rayonu Cəngi ərazisində baş tutan ağacəkmə tədbirinin işçi prosesinə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Naziriyinin əməkdaşları Ramik Əşrəfov və Söhrab Abbasov rəhbərlik ediblər. Qobustan rayon İcra başçısı Adil Məmmədovun da tədbir iştirakçıları - könüllülərlə birgə ağac əkməsi onun da bu çağırışa səs verdiyini nümayiş etdirdi.

Aksiya könüllülər tərəfindən böyük həvəs və yüksək mütəşəkkilliklə həyata keçmişdir. Qeyd edək ki, "A" QHT klubunun təsisçiləri Mirzə Ələkbər Sabir Fondunun prezidenti, Sevda Tahirli (klubun rəhbəri), "Biosfer" İB -nin sədri Qorxmaz İbrahimli, Vətəndaşların Sosial Rifahı naminə İB-nin sədri İradə Rizazadə,"Turan" İstedadlar Birliyinin sədri Ceyhun Hacıbəyov, Azərbaycan Hemofiliyalı Xəstələr Assosiasiyasının sədri Gülnarə Hüseynova, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin icra katibi İlqar İlkin, "Gənc mühasiblər" İctimai Birliyinin sədri Solmaz Əliyeva, Azərbaycan Jurnalsit Qadınlar Assosiasiyasının rəhbəri Sevil Yusifovadır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar