Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Mənzillər cüzi bahalaşdı – Ekspert səbəbi açıqladı

Tarix: 26-02-2019 14:10     Baxış: 2195 A- / A+
Mənzillər cüzi bahalaşdı – Ekspert səbəbi açıqladı


Mənzil bazarında qismən də olsa, bahalaşma müşahidə olunur.


Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, bu artım dəyəri orta qiymətdən aşağı olan mənzillərdə qeydə alınır, lakin ciddi qiymət artımı üçün hələlik heç bir səbəb yoxdur:

“Hazırda dəyəri təqribən 100-110 min manatdan aşağı olan mənzillər arasında qiymət artımı müşahidə edilir. Aparılan ilkin müşahidələrə əsasən, artım təqribən 2-3 faizdir. Əslində, bu bahalaşma nisbidir və cüzi qiymət artımıdır”.

Ekspert bildirib ki, son illər gedən iqtisadi proseslərə görə qiymətlər ucuzlaşmalıdır:

“Çünki maliyyə bazarındakı qiymət məlumdur. Kreditlərin dayandırılması, ipoteka kreditlərinin həcminin azaldılması və bu kimi digər səbəblərdən dolayı bazarda mənzilə olan tələb də aşağı enmişdi. Təbii ki, tələb aşağı olanda qiymətdə də azalma müşahidə edilməli idi. Amma təəssüf ki, bizdə bir çox hallarda iqtisadi tendensiyalar düzgün işləmir. Bunun da mənzil bazarındakı psixoloji amillərlə yanaşı, digər səbəbləri də var. Məsələn, bu gün mənzil bazarında qiymət dəyişmələri daha çox ilkin bazarda baş verən proseslərə söykənir. Belə ki, bazarda sahibkarlar, mənzil tikinti şirkətinin rəhbərləri qiyməti artırırlar. Ərazi üzrə yerləşən köhnə binalarda da buna uyğun olaraq mülkiyyətçilər tərəfindən qiymətin artımına təşəbbüs olur və yaxud qiymət artımı baş verir. Bu da təbiidir. Çünki köhnə binada yaşayan vətəndaş fikirləşir ki, o, həm də yeni binanın potensial alıcısıdır və onu satıb yeni tikilidə həmin qiymətə uyğun mənzil almaq istəyir. Təbii ki, bu səbəbdən köhnə binalarda da qiymət artımı baş verir. Bu proseslər illərdir ki, davam edir”.

Ramil Osmanlının sözlərinə görə, əgər nəzəri, iqtisadi cəhətdən yanaşsaq, yəni tələb yoxdursa və təklif yüksəkdirsə, qiymət azalmırsa, bu formada yalnız inzibati qaydada qiymət artımının qarşını almaq olar:

“Lakin inzibati qaydada bazara müdaxilə yoxdur. Düşünürəm ki, olması da düzgün deyil. Hesab edirəm ki, yaxın gələcəkdə mənzillərə nəzarətlə bağlı ilkin təbdirlər görülərsə və yaxud əlavə qeyri-rəsmi ödənişlərin qarşısı tam alınarsa, bu halda yəqin ki, ilkin bazarda qiymətlər müəyyən qədər düşər. Bu da bazara təsir göstərər. Əks halda qiymətlərin aşağı düşməsi çətin məsələdir”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar