Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Saxta kərə yağını necə fərqləndirək?

Tarix: 26-02-2019 07:56     Baxış: 3228 A- / A+
Saxta kərə yağını necə fərqləndirək?

Kərə yağı Azərbaycan mətbəxində ən çox istifadə edilən ərzaqlardan biridir. Ölkəmizdə hələ lap qədimlərdən kərə yağı hazırlanır və istifadə edilir.

Manevr.az
medicina.az-a istinadən xəbər verir ki, müasir dietoloqlar təbii kərə yağının insan orqanizmi üçün çox faydalı olduğunu bildirirlər. Biz sözlə bu faydalardan yararlanmaq üçün istifadə edilən kərə yağının təbii və keyfiyyətli olması vacibdir.

Bəs təbii kərə yağını saxtadan necə fərqləndirə bilərik?

Bunun üçün bir neçə suala cavab axtararaq fərqləndirmək üsullarını təqdim edirik:

Qatılığı necə olmalıdır?

Kərə yağının təbii olub-olmadığını anlamağın ən yaxşı üsulu onun qatılığını bilməkdir. Otaq temperaturunda əriyən və sürtülə bilən kərə yağının təbii olduğu hesab edilir. Bundan əlavə tavada od üzərində əridilən kərə yağı köpüklənərsə, bu da onun təbii olmasından xəbər verir.

Görünüşü necə olmalıdır?

“Təbii kərə yağı tünd sarı rəngli olmalıdır””fikri yanlışdır. Marketdə satılan və tünd sarı rəngi ilə diqqət çəkən kərə yağının tərkibində qatqı maddələri ola bilər. Buna görə də, marketdən yağ alarkən çalışın ki, rənginə fikir verəsiniz.

Qoxusu necə olmalıdır?


Keyfiyyətli kərə yağının hətta bağlamada olsa belə qoxusu hiss edilməlidir. Əgər paketi iylədikdə heç bir qoxu hiss etmirsinizsə, o zaman bu yağ saxta ola bilər. Təbii kərə yağının qoxusu isə əksinə olaraq paketdən kənara çıxacaqdır. Bundan əlavə bişirilərkən yayılan iştah açıcı qoxu da kərə yağının təbii olmasından xəbər verir.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar