Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bakı Metropolitenində qatarlar radiodalğalarla idarə ediləcək - Video

Tarix: 23-02-2019 08:41     Baxış: 3214 A- / A+
Bakı Metropolitenində qatarlar radiodalğalarla idarə ediləcək - Video

Bakı Metropolitenində qatarlar radiodalğalarla idarə ediləcək. Hazırda yeni sistemin tətbiqinə "Nərimanov" elektrik deposundan başlanıb.
Yenilik nəticəsində tunellərdəki çoxsaylı elektromexaniki avadanlıqlara ehtiyac qalmayacaq. Bu texnologiya regionda ilk dəfə Bakıda tətbiq olunacaq. Özəlliyi ondan ibarətdir ki, qatarların hansı vaxtda xəttə çıxmalı oldugu, harada olduğu, hansı dayanacaqda dayanmalı olduğu və digər məsələlər bu sistemlə təyin ediləcək.

Bakı Metropoliteni QSC-nin sədr müavini Hidayət Məmmədov deyir ki, elektrik deposunda radiodalğa sisteminin quraşdırılması bu ilin iyul ayında yekunlaşdırılacaq. Bununla yanaşı metrodakı ventilyasiya sistemi təkmilləşdiriləcək. Süni havalandirma avadanlıqları ilkin olaraq 3 şaxtada quraşdırılacaq. Bundan əlavə qatar parkı da yenilənəcək.

Ceyhun Səlimov küçəsində yerləşən stansiyada da işlər tam gücü ilə davam edir. Bu stansiya istifadəyə veriləndə həmin stansiyanin nəzdində dizel elektrik stansiyası da fəaliyyətə başlayacaq. Baki şəhərində elektrik sistemində hər hansı problem yaranarsa, həmin stansiya işə düsəcək və metro fəaliyyətini minimal tələblər səviyyəsində davam etdirəcək.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar