Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Bakıda məktəbin tualetinə kamera quraşdırılıb - VİDEO

Tarix: 21-02-2019 20:44     Baxış: 4305 A- / A+
Bakıda məktəbin tualetinə kamera quraşdırılıb - VİDEO



Bakıda orta məktəbin ayaqyolusuna kamera quraşdırılıb.


Manevr.az-ın məlumatına görə, bununla bağlı videogörüntünü şagirdlərdən biri çəkərək "Xəzər Xəbər"in votsap nömrəsinə göndərib.

Araşdırma zamanı məlum oldu ki, kadrlar Bakıda, Sabunçu rayonu Firuz Bayramov adına 22 nömrəli tam orta məktəbdə çəkilib.

Görüntülərdən aydın olur ki, məktəbdə ayaqyolu kabinələrinin də qapıları yoxdur.

Məsələni araşdırmaq üçün üz tutduq həmin məktəbə.

Direktor müavini Novruz İsmayılov bildirdi ki, həmin kamera oğlanlar üçün nəzərdə tutulan sanitar qovşağa quraşdırılıb. Ancaq həmin kamera heç vaxt işlək vəziyyətdə olmayıb. İşləməyən kameranın ayaqyoluna quraşdırılmasının səbəbinə gəldikdə isə, Novruz İsmayılov bildirdi ki, yuxarı siniflərdən bəzi şagirdlər orada siqaret çəkiblər. Şagirdləri bu vərdişdən yayındırmaq üçün bu üsulu seçiblər. Sonradan kamera çıxarılıb. Şagirdlərin ayaqyolunda çəkdikləri elektron siqaret və qəlyanlar isə onlardan alınıb.

Norvur İsmayılov bildirdi ki, həmin kamera quraşdırıldıqdan sonra ayaqyolunda heç kim siqaret çəkməyib. Sanitar qovşaqda kabinələrin qapısının olmaması məsələsinə gəldikdə isə, direktor müavini bildirildi ki, məktəb tikilən vaxtı orada qapı nəzərdə tutulmayıb.
Novruz İsmayılov bildirdi ki, qısa zamanda ayaqyolu kabinələrinə qapılar qoyulacaq.xezerxeber

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar