Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Polad Bülbüloğlu: Sosial şəbəkə tankdan qorxulu silahdır

Tarix: 21-02-2019 20:25     Baxış: 4255 A- / A+
Polad Bülbüloğlu: Sosial şəbəkə tankdan qorxulu silahdır

Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu “Neolit” kafesində baş verən kütləvi davanı məişət zəminində baş vermiş münaqişə adlandırıb. Səfir sosial şəbəkəni çeçenlərlə azərbaycanlıların arasını qızışdırmaqda təqsirləndirib.

Polad Bülbüloğlu bu barədə “Qovorit Moskva” radiostansiyası ilə söhbətində söz açıb.

“Nəyisə öz aralarında bölüşdürə bilməyiblər, bu, sadəcə, məişət zəminində baş vermiş münaqişədir. Milyonlarla insanın yaşadığı Moskva kimi meqapolislərdə hər cür şey baş verir. Bu heç kimə sirr deyil. Bunun millətlərarası münaqişə kimi qələmə verilməsi çox pis haldır. Bu gün, təəssüflər olsun ki, sosial şəbəkələr tankdan, avtomatdan və hətta pulemyotdan daha təhlükəli silaha çevrilib.

Ona görə ki, bütün bu informasiya təhrif olunmuş şəkildə yayılır. Məncə, hansısa bədxahların əli var, onlar ölü sayı haqqında informasiya yaymaqdan belə çəkinmədilər”, – deyə səfir bildirib.

Polad Bülbüloğlu əlavə edib ki, yaşanan münaqişəni Çeçenistan Respublikasının Dövlət Dumasında təmsil olunan deputatı Adam Delimxanovla da müzakirə edib.

“Danışdıq ki, isti başları soyutmaq, sakitlədirmək lazımdır, belə olmaz. Tezliklə ara sakitləşdi. İndi hər şey normaldır. İnsident artıq başa çatıb”, – deyə azərbaycanlı diplomat əlavə edib.

Xatırladaq ki, azərbaycanlılarla çeçenlər arasında kütləvi dava fevralın 14-də Moskvanın cənub-şərqində yerləşən “Neolit” kafesində baş verib.

İnsidentdən sonra polis 20-dən çox insanı saxlayıb.(oxu.az)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar