Xəbər lenti
Avtobus sürücüsü sükan arxasında siqaret çəkdi, işdən qovuldu - VİDEO
Marşrut avtobuslarının sürücülərinə sükan arxasında siqaret çəkməmələri barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, bu qaydaya əməl etməyənlər hələ də var. Misal olaraq, Bakıdan Abşeron rayonu Güzdək qəsəbəsi istiqamətinə hərəkət edən 553 saylı marşrut avtobusunun sürücüsünü göstərmək olar.
Manevr.az-ın məlumatına görə, qaydaları pozan bu şəxs metronun "Avtovağzal" stansiyasından Abşeron rayonu Güzdək qəsəbəsi istiqamətinə hərəkət edən 553 saylı marşrut avtobusunun sürücüsüdür. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, hələ də sərnişinləri narahat edən bu cür sürücülərə tez-tez rast gəlinir.
Mövcud vəziyyəti elə avtobusda olan sərnişinlərdən biri çəkərək "Xəzər Xəbər"in votsap nömrəsinə göndərib. Sərnişin iddia edir ki, bu barədə sürücüyə öz etirazını bildirsə də, sürücü buna məhəl qoymayıb.
Görüntülərlə tanış olan Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin sözçüsü Nuridə Allahyarova deyir ki, avtobusun salonunda sərnişinlər olub-olmamasından asılı olmayaraq, sürücünün avtobusun içərisində siqaret çəkməsi qadağandır. Bununla bağlı dəfələrlə daşıyıcı şirkətlərə də məlumat verilib.
553 saylı marşrut avtobusunun məxsus olduğu daşıyıcı şirkətin nümayəndəsi Səyavuş Əsgərov isə deyir ki, həmin qaydanı pozan sürücü barəsində artıq cəza tədbiri görülüb.
Qeyd edək ki, belə halda sürücünü İnzibati Xətalar Məcəlləsinə görə 40-50 manat miqdarında cərimə gözləyir.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar