Sizin Reklam Burada
Xəbər lenti
08-05-2024
07-05-2024
BÜTÜN XƏBƏRLƏR

Bu gündən qara, küləyə hazır olun - hava kəskin soyuyur XƏBƏRDARLIQ

Tarix: 18-02-2019 18:31     Baxış: 2190 A- / A+
Bu gündən qara, küləyə hazır olun - hava kəskin soyuyur XƏBƏRDARLIQ


Havanın temperaturu 8 dərəcə aşağı düşəcək

Bu gündən ölkə ərazisində hava şəraiti kəskin dəyişəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti gözlənilən hava ilə bağlı xəbərdarlıq edib. Departamentdən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 18-dən 19-na keçən gecədən başlayaraq 20-dək hava şəraitinin dəyişəcəyi, yağıntılı olacağı, sulu qara keçəcəyi gözlənilir.

Şimal küləyinin sürəti 15-20 m/s təşkil edəcək, arabir 23-25 m/s-dək güclənəcək. Havanın temperaturu 19-da ötən günlə müqayisədə 6-8 dərəcə aşağı enəcək, gün ərzində 2 dərəcəyə yaxın isti olacaq.

Azərbaycanın rayonlarında fevralın 18-i axşamdan 20-si səhərədək hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.

Bəzi şimal və şərq rayonlarında intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Havanın temperaturu 19-da ötən günlə müqayisədə 5-7 dərəcə aşağı enəcək.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar