Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Əlilliklə bağlı dəyişiklik edilir – Nazirdən açıqlama

Tarix: 17-02-2019 12:27     Baxış: 3320 A- / A+
Əlilliklə bağlı dəyişiklik edilir – Nazirdən açıqlama

Əlilliyin müəyyən olunması meyarlarının dəyişdirilməsi ilə bağlı sənəd artıq hazırdır və yaxın günlərdə müvafiq qurumlara təqdim olunacaq.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Xəzər televiziyasına müsahibəsində bu barədə açıqlama verib. Nazir dəyişikliklərin təfərrüatlarını da açıqlayıb.

Azərbaycanda əlilliyin təyin olunması yeni meyarlarla aparılacaq. Bu meyarlar qabaqcıl təcrübələrə və beynəlxalq standartlara əsaslanaraq hazırlanıb. Bir müddət əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanan sənəd Səhiyyə Nazirliyinə göndərilmişdi. Müvafiq əlavə və təkmilləşdirmədən sonta artıq sənəd hazırdır.

Nazir Sahil Babayev deyir ki, yeni meyarlara əsasən birinci, ikinci və üçüncü qruplara görə əlilliyin təsnifatlandırılması nəzərdə tutulmur. Burada xəstəliklərin insanın özünə qulluğu məhdudlaşdırması faizi əsas götürüləcək. Bu, beynəlxalq təcrübədə mövcud olan daha ədalətli sistemdir.

Yeni meyarların qəbul olunması böyük qanun dəyişiklikləri tələb edən geniş bir paketdir. Bundan əlavə mövcud təqaüd və müavinətlərin indeksasıyası da həmin sənədlə uyğunlaşdırılmalıdır. Həmçinin bir sıra instisional işlər də görülməlidir ki, artıq buna başlanılıb.

Nazir deyir ki, bu sahədə şəffaflığın və ədalətliliyin təmin olunması üçün atılan addımlar müsbət nəticələrini verir.



Nazirin sözlərinə görə, əsas məqsəd əhalinin sosial cəhətdən həssas olan bu qrupuna dövlət xidmətlərini daha effektiv təqdim etməkdir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar