Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Beynəlxalq Həyacan təşkilatının hesabatının təqdimatı keçirildi - ŞƏKİLLƏR

Tarix: 15-02-2019 23:07     Baxış: 3231 A- / A+
Beynəlxalq Həyacan təşkilatının hesabatının təqdimatı keçirildi


Bu gün Beynəlxalq Həyacan (İnternational Alert) təşkilatının nəşr etdiyi “Sülhə baxış. Dağlıq Qarabağ münaqişəsinə baxışların analizi” hesabatının təqimatı keçirildi. Beynəlxalq Həyacan təşkilatının bu hesabatı münaqişənin cəmiyyətlərin özlərində necə qəbul olunması, onların həyatına və hətta kimliyinə münaqişənin necə təsir göstərdiyini müəyyən etmək üçün yaxşı bir mənbədir.

Manevr.az-ın məlumatına görə, hesabatı təqdim edən Humanitar Tədqiqatlar İctimai Birliyinin sədri Əvəz Həsənov qeyd etdi ki, Azərbaycanda müxtəluf sosial qruplar arasında aparılan sorğular 2017-ci ildə başlanmışdır ki, burada daha çox səsləri eşidilməyən sadə insanların fikirləri daxil edilmişdir. Əldə olunmuş materialların analizi 2018-ci ilin ilk yarısında həyata keçirilmişdir. Sorgular əsasən gənc tədqiqatçılar tərəfindən aparılmış və təhlillərin analizi bir neçə tanınmış ekspertlərin cəlb olunması ilə təhlil olunmuşdur. Onun sözlərinə görə “30 il keçməsinə baxmayaraq münaqişənin qaydaları dəyişməyib və demək olar ki, tərəflərin yanaşmasında ciddi korrektələr olmayıbdır. Bütün bunların fonunda sülhün əldə olunmasının asan proses olduğunu fikirləşmək sadəlövlükdür”.

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinın təmsilçisi Johanna Ketola Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vətəndaş cəmiyyətinin təşəbbüsü əsasında Avropa İttifaqının maliyələşdirdiyi “Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli naminə Avropa Tərəfdaşlığı (EPNK)” layihəsi barədə məlumat verdi. Təqdim olunan hesabatın bu layihə çərivəsində hazırlandığını vurğuladı.

Siyasi şərhçi İlqar Vəlizadə öz çıxışında Azərbaycan və Ermənistan dövlət başçılarının son aylarda müxtəlif tədbirlər formatında keçirdiyi görüşlərdən danışdı. Qeyd etdi ki, “Son zamanlar Xarici İşlər Nazirləri tərəfindən aparılan intensiv görüşlər olmasına baxmayaraq Ermənistan Baş Nazirinin danışıqlar prosesində “Dağlıq Qarabağ” tərəfini təmsil etməməsini elan etməsindən sonar Azərbaycan tərəfi də Dağlıq Qarabağın Azərbaycanlı icmasının aktivləşməsinə şərait yaradıb. Bu isə onu göstərir ki, tərəflər 1997-ci ilə qədər mövcud olan məsələlərin müzakirəsi vəziyyətinə qayıdıblar”.

“3-cü baxış” Anatlitik İnformasiya Mərkəzinin direktoru Rauf Rəcəbli qeyd etdi ki, “tərəflər xalqları sülhə hazırlamaq haqqında bəyanatlar vermələrinə baxmayaraq hərbi gücünü artırmağı da gündəlikdən çıxarmırlar. Ermənistanın hal-hazırda Rusiyadan Su-30 təyyarələrinin alınması ilə bağlı razılaşması onu göstərir ki, tərəflər “sülh istəyirsinisə, müharibəyə hazır ol” formulasını üstün tuturlar.

Hesabatın dəyərləndirilməsi prosesində iştirak etmiş ekspertlər: Anar Eyyubov, müstəqil jurnalist Şahin Rzayev, müstəqil ekspert Bəxtiyar Aslanov sorguların keçirilməsi zamanı insanların münaqişənin həll olunması ilə bağlı gözləntilərinin böyük olduğunu qeyd etmişlər.

A.Eyyubov qeyd etdi ki, “münaqişənin həll olunmasının onların həyatına müsbət təsir edəcəyini nəzərə alan sadə insanlar daha çox ümidlidirlər ki, münaqişənin həll olunacağı gün uzaqda deyildir”.

B.Aslanov qeyd etdi ki, “xüsusən müharibənin qurbanı olmuş insanlar öz normal həyatlarını yaşamalarına baxmayaraq həll olunmayan münaqişə fonunda özlərini rahat hiss etmir və münaqişə onların həyatının tərkib hissəsi olmuşdur. Münaqişə insanların kimliyinin formalaşmasında belə rol oynamışdır”.

Şahin Rzayev əməkdaşlıq etdiyi Jam-Nyüs internet portalının xüsusi əlavəsi kimi “Eşidilməyən səslər” layihəsinin məhz mətbuatın və cəmiyyətin diqqətindən kənarda qalan fikirlərın toplanmasında önəmli rol oynadığını qeyd etdi. Eyni zamanda vurğuladı ki, jurnalistlərin bu münaqişənin həll olunmasında tövhəsi ondan ibarətdir ki, onlar obyektiv olaraq məlumatı çatdırsınlar. Sülh quruculuğunda birbaşa rol siyasətçilərə aiddir. Ən əsas məsələ isə insanları sülhə hazırlamaqdır ki, bu da çox uzun məsələdir. Sülh prosesi isə elektrik lampası deyil ki, onu yandırasan və dərhal “sülh işığı yansın”.

Manevr.az

Beynəlxalq Həyacan təşkilatının hesabatının təqdimatı keçirildi
Beynəlxalq Həyacan təşkilatının hesabatının təqdimatı keçirildi
Beynəlxalq Həyacan təşkilatının hesabatının təqdimatı keçirildi
Beynəlxalq Həyacan təşkilatının hesabatının təqdimatı keçirildi

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar