Xəbər lenti
Bu şəxsləri 2500 manata qədər cərimə gözləyir - SİYAHI
Daşınar əmlakın yüklülüyü haqqında qanunvericiliyin pozulmasına görə cəzalar müəyyənləşib.
Manevr.az xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir.
Məcəlləyə əlavə edilən 440-1-ci (Daşınar əmlakın yüklülüyü haqqında qanunvericiliyn pozulması) maddəsinə əsasən, daşınar əmlakın yüklülüyünün dövlət reyestrinə nəzərdə tutulan məlumatların təqdim edilməməsinə, habelə reyestrə bilərəkdən yanlış və natamam məlumatların təqdim edilməsinə görə fiziki şəxslər 150 manat, vəzifəli şəxslər 700 manat, hüquqi şəxslər isə 2 500 manat məbləğində cərimə edilir.
Daşınar əmlakın yüklülüyünün dövlət reyestrini aparan qurumun vəzifəli şəxsləri tərəfindən məlumatların saxlanılması və reyestrin aparılması qaydalarının pozulmasına görə vəzifəli şəxslər 1000 manat məbləğində cərimə olunurlar.
Müəyyən edilən qaydada dövlət və bələdiyyə yüklülüyünün açıqlanmamasına görə vəzifəli şəxslərə 1 500 manat məbləğində cərimə tətbiq edilir.
Dəyişiklik layihəsi parlamentin fevralın 19-da keçiriləcək plenar iclasında müzakirə ediləcək.(ölkə.az)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar