Xəbər lenti
Azərbaycan əhalisi dövlətdən adambaşına 67-100 manat qazanacaq – YENİLİK
Kassa çekləri və posterminallardan keçən ödənişlərə görə, ƏDV-nin 10-15%-nin geri qaytarılması ilə bağlı yeniliyə əsasən, hər bir Azərbaycan vətəndaşı il ərzində dövlət büdcəsindən orta hesabla 350 manat ödəniş alacaq.
Manevr.az-ın məlumatına görə, bu, fed.az-ın apardığı hesablamalar nəticəsində məlum olub.
Xatırladaq ki, Vergilər Məcəlləsinə edilən dəyişikliklərə əsasən, 2019-cu ildən başlayaraq kassa çeki və plastik kartla aparılan ödənişlər zamanı ödənilən ƏDV-nin 10-15%-i (kassa çekində 10%, kartla əməliyyatlarda 15%) vətəndaşlara qaytarılacaq.
Dövlət Statistika Komitəsinin məlumatlarına görə, 2018-ci ildə Azərbaycanda pərakəndə satış dövriyyəsi 37,1 milyard manat təşkil edib. Bu məbləğə hesablanan ƏDV-nin ümumi məbləği 6,678 milyard manat təşkil edir. Qanunvericiliyə əsasən əməliyyatın formasından asılı olaraq həmin məbləğin 10-15%-i, yəni ümumilikdə 668 milyon manat - 1 milyard manat vətəndaşlara qaytarılmalıdır. Ölkə əhalisinin sayının 10 milyon nəfər ətrafında olduğunu nəzərə alsaq, bütün əməliyyatların kassa çeki və kartlar aparıldığını qəbul etsək, adambaşına 67-100 manat ƏDV qaytarılacaq.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar