Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Bərdədə məcburi köçkünlər üçün ödənişsiz tibbi müayinə təşkil edilib

Tarix: 15-02-2019 19:44     Baxış: 3266 A- / A+
Bərdədə məcburi köçkünlər üçün ödənişsiz tibbi müayinə təşkil edilib


Məcburi köçkünlərin birbaşa yaşayış yerlərində hərtərəfli tibbi müayinəyə cəlb olunması üçün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü, Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə fevralın 15-də Bərdə rayonunda tibbi aksiya keçirilib.

Manevr.az xəbər verir ki, akademik M.Ə.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının yüksək ixtisaslı həkimləri Bərdə Müalicə Diaqnostika Mərkəzində məcburi köçkünləri müayinə edib, onların sağlamlıq vəziyyətini yoxlayıblar. Həkim briqadasının tərkibində cərrah, nevropatoloq, pediatr, oftalmoloq, nefroloq, kardioloq, travmatoloq və digər ixtisaslar üzrə ali dərəcəli 20-yə yaxın həkim olub. Müayinələr ödənişsiz əsaslarla aparılıb. Pasiyentlərə zəruri həkim məsləhəti verilib, diaqnoz qoyulub. Onlardan bəzilərinə daha dərin müayinə və ixtisaslı müalicə üçün Bakıya göndəriş verilib.

Prezident İlham Əliyevin sosial siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Əhalinin maddi rifahının yaxşılaşdırılması, sosial problemlərinin həlli, o cümlədən yüksək keyfiyyətli səhiyyə xidmətləri ilə təmin edilməsi üçün davamlı və təsirli tədbirlər görülür.

Qaçqınların və məcburi köçkünlərin sağlamlığının qorunmasına da hərtərəfli dövlət qayğısı göstərilir. Birinci vitse-prezident xanım Mehriban Əliyeva bu kateqoriyadan olan vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılması ilə yanaşı, müntəzəm olaraq zəruri tibbi yardım almasına xüsusi həssaslıqla yanaşır. Məcburi köçkünlər üçün salınmış qəsəbələrdə müasir tələblərə cavab verən tibb məntəqələri fəaliyyət göstərir.

Məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı digər şəhər və rayonlarda da bu cür tibbi aksiyalar keçirilməsi nəzərdə tutulub.

Bərdədə məcburi köçkünlər üçün ödənişsiz tibbi müayinə təşkil edilib
Bərdədə məcburi köçkünlər üçün ödənişsiz tibbi müayinə təşkil edilib
Bərdədə məcburi köçkünlər üçün ödənişsiz tibbi müayinə təşkil edilib
Bərdədə məcburi köçkünlər üçün ödənişsiz tibbi müayinə təşkil edilib
Bərdədə məcburi köçkünlər üçün ödənişsiz tibbi müayinə təşkil edilib
Bərdədə məcburi köçkünlər üçün ödənişsiz tibbi müayinə təşkil edilib
Bərdədə məcburi köçkünlər üçün ödənişsiz tibbi müayinə təşkil edilib
Bərdədə məcburi köçkünlər üçün ödənişsiz tibbi müayinə təşkil edilib

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar