Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Dünyanın ən böyük sərnişin təyyarəsi daha istehsal olunmayacaq

Tarix: 14-02-2019 19:18     Baxış: 5254 A- / A+
Dünyanın ən böyük sərnişin təyyarəsi daha istehsal olunmayacaq


“Airbus” təyyarəqayırma konserni dünyanın ən böyük sərnişin təyyarəsi sayılan “Airbus A380” modelinin istehsalını dayandırır.

Bu barədə fevralın 14-də şirkətin rəsmi saytında məlumat verilib.

Bu qərara səbəb “Emirates” hava yolları şirkətinin həmin layner üçün sifariş portfelini 162-dən (ədəd) 123-ə endirməsi olub. “Airbus”un baş direktoru Tom Endersin sözlərinə görə, konsernin başqa aviaşirkətlərlə əməkdaşlıq etməsinə baxmayaraq, bu modeldən olan yeni təyyarələrin istehsalı üçün əsas qalmayıb.

Bununla belə, qarşıdakı iki il ərzində “Emirates” şirkətinin 14 “A380” təyyarəsini təhvil alacağı bildirilir.

Qeyd edək ki, “A380” dünyanın ən iri hava layneridir. Onun hündürlüyü 24,08 metr, uzunluğu 72,75 metr, qanadlarının ümumi uzunluğu 79,75 metr təşkil edir. Avialaynerin adi üç sinifli variantına 853 sərnişin, tam-ekonom-klas variantına isə 853 sərnişin yerləşir. Təyyarə 15,4 min kilometrə qədər fasiləsiz uçuş həyata keçirə bilir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar