Xəbər lenti
Söyün Sadıqovun qəfil həbsi: Abbas Abbasovla münaqişə onu bitirdi
“AzerRos”un keçmiş sədri reketlikdə suçlanır; xəbərlərə görə, uzun müddətdir Abbas Abbasovla münaqişə sonda onu həbsə aparıb
Rusiya Federasiyasının Rostov şəhərində azərbaycanlıların keçmiş diaspor rəhbəri Söyün Sadıqov yerli hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Manevr.az xəbər verir ki, “report”un Moskva bürosunun əldə etdiyi məlumata görə, S. Sadıqov “reket” fəaliyyəti ittihamı ilə həbs olunub. Onu güc yolu ilə 100 milyon rubl tələb etməkdə günahlandırırlar.
Keçmiş diaspora rəhbəri şəhərdəki kafelərin birində hadisə zamanı saxlanılıb.
Sadıqov Söyün Qasım oğlu 1960-cı ildə Gürcüstanın Qarayazı, indiki Qardabani bölgəsində anadan olub. İqtisad elmləri namizədi, biznesmendir. 1980-1981-ci illərdə KQB orqanlarında işləyib. Daha sonra tikintiyə keçib, tikintidə sahə ustası, sonra idarə rəisi, trest müdiri olub. Bu sahədə karyerasını inkişaf etdirib. Söyün Sadıqov 1981-ci ildən Moskvanın “Qlavmosremont” tikinti şirkətində çalışıb. 1986-cı ildən “Mosrekonstruksiya” şirkətinin direktor müavini vəzifəsində işləyib, 2000-ci ilə qədər isə həmin trestin rəhbəri olub.
1994-cü ildə fəxri memar adına layiq görülüb. 1990-cı ildə Moskva Dövlət İdarəetmə İnstitutunu bitirib. 2002-ci ildə “AzerRos”un prezidenti seçilib. 2012 -2018-ci illərdə Rusiya prezidenti Vladimir Putinin etibarlı nümayəndəsi olub. Haqqındakı Vikipediya məlumatlarına görə, 2005-ci ilin martında S.Sadıqova sui-qəsd olub, ofisinin yaxınlığında killer onun avtomobilinə avtomatdan atəş açıb. Nəticədə iş adamının sürücüsü yaralanıb, özünə heç nə olmayıb.
SSRİ idman ustasıdır, sambo üzrə 1978-ci il SSRİ çempionatının qalibidir.
Bildirək ki, Söyün Sadıqov iki dəfə ailə qurub. Birinci həyat yoldaşından bir oğlu var. İkinci dəfə öz xalası qızı ilə ailə quran Söyün Sadıqovun bu evlilikdən bir oğlu və iki qızı dünyaya gəlib.
O, 2012-ci Moskvada bir qrup azərbaycanlı oliqarxın birləşdiyi Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqının (“Milyarderlər İttifaqı”) təsisçilərindən biri olub. Rəsmi Bakıya qarşı zaman-zaman sərt mövqeyi ilə seçilib. O, son illər Azərbaycan baş nazirinin sabiq birinci müavini Abbas Abbasovla münaqişədə olub. Əvvəl sabiq vitse-primyerin “AzerRos” sədrliyindən, sonra isə Ağsaqqallar Şurasının sədrliyindən getməsi üçün hər şey edib. O, müsahibələrində “Rusiyada Abbas Abbasovun nüfuzu qalmayıb. Əgər onun Rusiya rəhbərliyi yanında elə hörməti və nüfuzu olsaydı, Abbas Abbasov dostu Telman İsmayılova kömək edərdi” kimi açıqlamalar verib. Moskvadakı mənbələr iddia edir ki, S.Sadıqovun qəfil həbsində Abbas Abbasovun “əli olduğu” güman edilir. “Abbas Abbasov nüfuzundan istifadə edərək, onu həbs etdirə bilib”, - deyə mənbə “Yeni Müsavat” a bildirib.
Son olaraq, Söyün Sadıqov Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırımın iştirakçısı Mixail Avaqyana Gürcüstanda abidə qoyulmasına sərt şəkildə etirazını bildirmişdi. Söyün Sadıqov Gürcüstan prezidentinə və baş nazirinə sözügedən erməni terrorçusunun abidəsinin sökülməsi üçün 2 ay vaxt verərək onları “Gürcüstanda yaşayan soydaşlarımızı öz muxtariyyətlərini tələb etmək üçün ayağa qaldıracam” sözləri ilə hədələmişdi.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar