Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Ermənilər balabanı oğurladı:dünyaya "duduk" satırlar - VİDEO

Tarix: 12-02-2019 09:35     Baxış: 4278 A- / A+
Ermənilər balabanı oğurladı:dünyaya "duduk" satırlar - VİDEO



Ermənilər milli musiqi alətimiz olan balabanı oğurlayaraq, "duduk" adı ilə başqa ölkələrə satırlar. Onlar hətta, bu alətin istehsalı ilə məşğul olan zavod da açıblar. Əqli mülkiyyət agentliyinin idarə heyətinin sədri Kamran İmanov müsahibəsində bildirib ki, məsələ ilə bağlı aidiyyəti təşkilata etiraz məktubu göndərilib.


Ermənilər balabanı da oğurladılar.

Bir müddətdir Ermənistanda balaban istehsalı zavodu fəaliyyətə başlayıb. Bizdə əllə hazırlanan balaban alətini ermənilər artıq xüsusi dəzgahlar vasitəsilə istənilən ölçüdə və istənilən tonalda hazırlayaraq dünyanın müxtəlif yerlərinə, xüsusən də Avropa və Amerikaya "duduk" adı ilə göndərirlər. "Vamelo" adlı şirkət xüsusi qablaşdırmada göndərdiyi balabanın Avropada geniş təbliğatını aparır və dünyaya "duduk"un, yəni balaban alətinin Ermənistana məxsus olduğunu aşılayır. Alətin üzərinə həm "Vamelo Armenia" şirkətinin loqosu vurulur, həm də içərisinə təhrif olunmuş məlumat vərəqəsi qoyulur. Şirkət satışı sayt üzərindən həyata keçirir. Dünyanın istənilən yerindən sifariş qəbul edilir və beynəlxalq çatdırılmalara görə əlavə pul alınmır. Balabanın özü 195 dollara, təkcə qamışı isə 69 dollara satılır.

Əqli Mülkiyyət Agentliyinin idarə heyətinin sədri Kamran İmanov "Xəzər Xəzər"ə müsahibəsində bildirib ki, balaban bizim milli musiqi alətimizdir. Ermənilərin seçdiyi "duduk" sözünün özü də oğurluqdur. Bu söz də türklərə məxsus olan tütək sözündən əmələ gəlib.

Kamran İmanov deyib ki, məsələ ilə bağlı Ümumdünya Əqli Mülkiyyət Təşkilatına etiraz məktubu göndərilib.

Kamran İmanov qeyd edib ki, "duduk" adı altında istehsal edilən balabanın Azərbaycana məxsus olması ilə bağlı tədbirlər davam etdiriləcək."xəzərxəbər"

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar