Xəbər lenti
Bakıda qeyri-adi kafe - Pul zamana görə ödənilir/Video
Paytaxt Bakıda elə ictimai iaşə obyektləri var ki, orada ödənişi sifarişə görə yox, keçirdiyin zamana görə ödəyirsən. Avropada geniş yayılan, ölkəmizdə isə az rast gəlinən xidmət məkanlarında çay, kofe və şirniyyatlardan limitsiz istifadə etmək mümkündür. Ödənişi isə obyektdə keçirdiyin saata görə edirsən.
Bu məkanda içki və şirniyyata görə deyil, keçirdiyin saata görə ödəniş edirsən.
Avropa ölkələrində geniş yayılsa da ölkəmizdə fəaliyyət göstərən belə obyektlər elə də çox deyil.
Bakıda fəaliyyət göstərən obyektlərdən birinin rəhbəri Bəyəli Əliyev deyir ki, belə məkanlarda müştəri özü-özünə xidmət edir.
Qiymətlər ümumi və fərdi otaqlarda müxtəlifdir. Daha çox zaman keçirdikcə daha az ödəniş edirsən.
Müştərilər onlara təklif edilən stolüstü oyunlarla əyləncəli zaman da keçirə bilərlər.
Qrup halında fərdi otaqlardan istifadə etdikdə isə 2 nəfər üçün ilk saat 15, digər saatlar 10 manatdan hesablanır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar