Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Vətəndaşları bezdirən "sığorta zəngləri"

Tarix: 10-02-2019 21:45     Baxış: 3190 A- / A+
Vətəndaşları bezdirən "sığorta zəngləri"

Bəzi işbazlar var ki, müştərilər haqqında informasiya əldə edirlər və...

Manevr.az
kaspi.az-a istinadən yazını təqdim edir.

Bu yaxınlarda "Facebook" sosial şəbəkəsində sığorta şirkətlərindən gələn zənglərlə bağlı şikayət dolu paylaşımlara rast gəldik. Belə ki, vətəndaşlar sığorta şirkətlərindən edilən zənglərdən "boğaza yığıldıqlarını" qeyd edirlər. Gün ərzində eyni şirkətdən bir neçə dəfə zəng gəldiyini bildirirlər. Maraqlıdır, sığorta işinin təşkilində olan bu problem nədən qaynaqlanır, bunun qarşısını necə almaq olar?

Sığorta üzrə ekspert İlkin İbrahimov bildirdi ki, problem yaradan məqam, zəng edilən müştərinin qeydə alınmamağı ilə bağlıdır: "Bu məsələ ilə bağlı əvvəllər problem daha böyük idi. Belə ki, icbari sığortalara nəzarət edən İcbari Sığorta Bürosu deyilən qurum var. Bu qurumun saytında vətəndaşlarla bağlı yerləşdirilən bütün məlumatları hər kəs görə bilirdi. Sığorta şirkətləri də həmin informasiyaları götürüb, müştərilərə zəng edirdilər. Təsəvvür edin ki, bir adama hər sığorta şirkəti zəng vurub öz xidmətləri haqqında məlumat verirdi. Bu da təbii ki, narazılıqlara səbəb oldu. Nəticə etibarı ilə 3 il əvvəl, təxminən 2016-cı ildə bu informasiyaların hər kəsə açıq olma funksiyasını bağladılar. Yəni müştəri haqqında məlumatı yalnız istifadəçisi olduğu sığorta şirkəti bilirdi. İndiki problem isə sığorta şirkətlərinin daxilində yaranıb. Məsələ belədir ki, sığorta şirkətləri sığorta müddətinin bitməsinə müəyyən müddət qalmış müştərilərinə zəng vurub xatırlatma edirlər. Bu da təbii haldır. Problem yaradan məqam, zəng edilən müştərinin qeydə alınmamağıdır. Yəni qeydiyyat yalnız vətəndaş sığortadan keçdikdən sonra aparılır. Sual oluna bilər ki, bəs, nə üçün bir adama eyni şirkətdən bir neçə dəfə zəng gəlir? Bunun səbəbini isə belə izah etmək olar ki, bir sığorta şirkətinin müxtəlif yerlərdə filialları var. Həmin filiallardakı işçilərin hamısı üçün müştərilərin informasiyası açıqdır. Yəni bütün filiallardan müştəriyə zəng gələ bilər. Görünən odur ki, elə belə də olur. Səhər bir filialdan, axşam isə eyni sığorta şirkətinin başqa filialından zəng gəlir. Zəng etməkdə məqsəd isə odur ki, hər bir filial müştərini özünə cəlb etmək istəyir. Yəni bu zənglər bir-birindən xəbərsiz gəlir. Digər bir problem isə müxtəlif sığorta şirkətlərindən gələn zənglərdir. Bunun səbəbi isə sığorta şirkətləri ilə işləyən agentliklərdir. Tutaq ki, bir "x" adlı agentlik var və o, bu gün bir sığorta şirkəti ilə əməkdaşlıq edir. Sabah bu agentlik həmin sığorta şirkəti ilə əməkdaşlığına son qoyub başqası ilə işləməyə başlayanda, özündə olan informasiyaları da yeni sığorta şirkətinə təqdim edir. Beləcə, müştərinin informasiyaları iki sığorta şirkətində - həm köhnədə, həm də yenidə olur. Nəticə olaraq, vətəndaşa iki ayrı şirkətdən sığorta ilə bağlı zəng edilir".

Ekspert qeyd edilən problemim günümüzdə minimum səviyyədə olduğunu bildirdi: "Hazırkı dövrdə, təxminən 5-6 aydır ki, bu zənglərin sayında kəskin azalmalar var. Yəni əvvəllər vəziyyət indikindən də pis idi. Bunun qarşısını almaq üçün isə hələ ki, konkret bir mexanizm yoxdur. Güman edilir ki, bu vəziyyət də bir müddət sonra səngiyəcək və müştərilərin narazılığı ilə sığorta şirkətləri bu zəngləri dayandıracaq. Həm də digər tərəfdən, müştəri bir şirkətlə işləməyə davam edərsə, növbəti mərhələlərdə ona digər şirkətlərdən zəng gəlməyəcək".

Sığorta bazarı üzrə mütəxəssis Hikmət Allahverdi qeyd etdi ki, bəzən sığorta şirkətinin adından istifadə edilir: "Bu məsələ hər kəsi narahat edir. Hətta, deyərdim ki, sığorta şirkətində işləyənlər belə, bu problemlə üzləşir. Təsəvvür edin, bir sığorta şirkətində çalışan şəxsə başqa bir şirkət zəng vurub xidmət təklif edir. Yəni kimliyindən asılı olmayaraq, bu zənglər hamıya edilə bilər. Bildirmək istəyirəm ki, bu zənglərin mənbəyi birbaşa olaraq sığorta şirkətləri deyil. Bu zənglərin əsas səbəbkarı agentliklərdir. Bəlkə də həmin agentliklərin bir çoxunun lisenziyası belə yoxdur. Yəni normalda özünə və müştərilərinə hörmət edən şirkət bu cür addım atmaz, imicinin bu formada zədələnməsinə razı olmaz. Bəzi işbazlar var ki, müştərilər haqqında informasiya əldə edirlər və onların əvvəlki dövrdə hansı sığorta şirkəti ilə işlədiyinə baxırlar. Beləcə, müştəriyə həmin şirkətin adından zəng vururlar. Bunlar bir-birinə bağlı olmayan, vahid bazadan idarə edilməyən ofislərdir. Bu, əslində ən üst səviyyədə həll olunacaq bir məsələdir. Digər bir məqam vətəndaşların məlumatlarının təhlükəsizliyinin təmin edilməsidir. Bunun qarşısını almaq üçün insanlar şikayətlərini açıq şəkildə bildirməlidirlər ki, cəzalanma halları olsun. Bəlkə bundan sonra həmin şəxslər bu yoldan əl çəkərlər. Bu hadisə bir növ mobil operatorların göndərdiyi hadisəyə oxşayır. Yaxşı olar ki, vətəndaşlar məsələyə bir az ciddi yanaşsınlar. Şikayətlər kütləvi xarakter alarsa, hətta, iş məhkəməyə qədər gedərsə, istənilən nəticəni əldə etmək olar".

Məhkəmədən, şikayətdən danışmışkən, mövzu ilə bağlı Vəkillər Kollegiyasının üzvü Xəyal Bəşirovun da fikirlərini öyrəndik. Xəyal bəy qeyd etdi ki, bu mövzu ilə bağlı Konstitusiyada hər hansı bir müddəa yoxdur: "Qanunla qadağan edilməmiş hərəkətləri etmək olar. Bu mövzu ilə bağlı da hər hansı bir qadağa, hüququ tənzimləmə yoxdur. Onlar da bunu yaxşı bildikləri üçün bundan istifadə edirlər. Əslində, mənim özümə də belə zənglər gəlir. Nə qədər irad bildirilsə də, bir faydası yoxdur. Şikayət məsələsinə gəlincə isə əlbəttə, vətəndaşların belə bir hüququ var. Amma şikayət üçün də tutarlı səbəb olmalıdır. Yəni həmin zənglə vətəndaşa nə isə zərər və ziyan dəydiyi sübuta yetirilməlidir. Əks təqdirdə, şikayətin qeydə alınması çətin olur".


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar