Xəbər lenti
Özəl təşkilatlarda çalışanların maaşında da artım olacaq - Aydın Mirzəzadə:
"Prezident İlham Əliyevin sərəncamına əsasən minimum əmək haqqının 130 manatdan 180 manatadək artırılması cəmiyyətimizdə ciddi müzakirə mövzularındandır. Bu təkcə iqtisadi deyil, eyni zamanda sosial-siyasi hadisədir".
Manevr.az xəbər verir ki, bu fikirləri vəkili Aydın Mirzəzadə bildirib.
Millət vəkili qeyd edib ki, minimum əmək haqqının birdən-birə 40 faizədək qaldırılması Azərbaycanda 600 minədək insanın sosial vəziyyətinə təsir edəcək.
"Adından da göründüyü kimi, bu minimum əmək haqqıdır. Hələ də qarşımıza qoyduğumuz məqsədə, yəni minimum əmək haqqının orta əmək haqqının 60 faizinə bərabər olması həddinə çatması üçün çox işlər görməliyik. Bununla belə, müharibə vəziyyətində olan 1,2 milyon məcburi köçkünü olan bir dövlətdə 600 min nəfərin həyatına təsir edəcək qərarın qəbul edilməsi ölkə rəhbərliyinin siyasi iradəsindən və bu problemi həll etmək üçün gördüyü böyük işlərdən xəbər verir. Sərəncamda göstərilən məbləğın ödənilməsi üçün büdcəyə əlavə 450 milyon manat vəsait lazımdır. Nəzərə alsaq ki, bu ilki büdcə ötən ilkindən təqribi 4 milyarda qədər çoxdur, bu onu göstərir ki, böyük əhəmiyyətli hissə minimum əmək haqqının ödənilməsinə sərf olunacaq. Bu təkcə dövlət təşkilatlarında deyil, özəl təşkilatlarda çalışanların əmək haqqına da təsir etməlidir. Digər tərəfdən müəyyən ödənişlər minimum təhsil haqqından hesablanır ki, digər dərəcədə məvacib alanların da maaşı artacaqdır. Qeyd edim ki, bu son hədd deyil. Bundan sonra da maaş və pensiyaların artması üçün dövlət tərəfindən böyük işlər görüləcək.
Cənab prezidentimizin əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün mütəmadi olaraq atdığı addımlar, onun cəmiyyət qarşısında öz öhdəliyini çox böyük məsuliyyətlə həyata keçirdiyini göstərir. Onun bütün addımları özünün də vurğuladığı kimi hər bir azərbaycanlının prezidenti olduğunu göstərir. Təbii fəlakət nəticəsində evləri dağılan insanları ziyarət edib birbaşa təmasda olması, şəhid ailələri ilə görüş keçirməsi, Nazirlər Kabinetinin iclasında sosial məsələlərlə bağlı hökumət qarşısında vəzifələr qoyması da bu qəbildən olan məsələlərdir. Həmçinin biz vaxtaşırı Azərbaycanın müxtəlif regionlarında əhəmiyyətli iş yerlərinin açılmasının şahidi oluruq. Dünən Hacıqabul rayonunda Rusiyanın Qaz Avtomobil şirkətilə birgə Azərbaycan Avtomobil zavodunun tikintisinin əsasının qoyulması göstərir ki, iş yerlərinin yaradılması, işlə təminat sosial proqramların həyata keçirilməsi üçün aparılan böyük ishalatlardır.
Minimum əmək haqlarının artırılması ilə bağlı cənab prezidentin verdiyi sərəncam cəmiyyət tərəfindən rəğbətlə qarşılandı, bu bir daha göstərdi ki, bu tip addımlar bundan sonra da həyata keçiriləcək. Hər bir azərbaycanlının problemlərinin həlli daim dövlətin nəzarətində olacaq".publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar