Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

BDU tələbəsinin ölüm səbəbi açıqlandı

Tarix: 10-02-2019 11:47     Baxış: 4257 A- / A+
BDU tələbəsinin ölüm səbəbi açıqlandı


Yanvarın 29-da dünyasını dəyişən 18 yaşlı Nərdanə Şirvan qızı Tağızadənin leptospiroz infeksiyasına yoluxması təsdiqini tapmayıb.

Manevr.az-ın xəbərinə görə, bu barədə virtualaz.org-a nazirliyin mətbuat katibi Pərviz Abubəkirov məlumat verib.

Onun sözlərinə görə, gənc qızın leptospiroz infeksiyasından dünyasını dəyişməsi aparılan laborator müayinələrin nəticəsində öz təsdiqini tapmayıb. "Bu infeksiya haqqında məlumat daxil olan kimi Səhiyyə Nazirliyi məsələni xüsusi diqqət altına alıb. Dərhal mərhumun evində bütün lazımi müayinələr aparılıb”,-P.Abubəkirov qeyd edib.

Xatırladaq ki, qızın anasına istinadən Nərdanənin leptospiroz virusuna yoluxma ehtimalı yazılıb. Leptospiroz çox nadir rast gəlinən bir xəstəlikdir. Bu infeksiya xəstə heyvanların ifrazatları ilə çirklənmiş ətraf mühit vasitəsilə yayılır və insandan insana keçmir.

P.Abubəkirov qeyd edib ki, aparılmış epidemioloji araşdırmalar və laborator müayinələr nəticəsində xəstəlik təsdiqini tapmayıb.

Ölümün əsas səbəbi mərhumun dünyasını dəyişdiyi tibb müəssisəsinin rəyində açıqlanıb. Belə ki, qızın dünyasını dəyişməsinə səbəb ağciyər və ürək çatışmazlığı olub.

Xatırladaq ki, Nərdanə Tağızadə Bakı Dövlət Universitetinin tarix fakültəsinin tələbəsi olub.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar