Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

ABŞ kəşfiyyatı: "Adolf Hitler homoseksual olub"

Tarix: 08-02-2019 08:59     Baxış: 3182 A- / A+
ABŞ kəşfiyyatı: "Adolf Hitler homoseksual olub"


ABŞ-ın Strateji Xidmət İdarəsinin ekspertləri maraqlı açıqlama veriblər.

Manevr.az bildirir ki, ekspertlərin rəyinə əsasən, Üçüncü Reyxin lideri Adolf Hitler qeyri-ənənəvi seksual orientasiyaya sahib olub.

Adolfun şəxsi həyatı barədə çoxsaylı məqalə, kitab, oçerk vəs. var. Təbii ki, peşəkar psixoloq və psixatrların qiymətləndirməsi xüsusən maraqlıdır. ABŞ da daxil olmaqla bir sıra dövlətin xüsusi xidmət orqanı alman liderin şəxsiyyətini araşdırıb və araşdırır.

MKİ (ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi) nasist lider haqqında hesabatı açıqlayıb. Bu hesabat Adolfun şəxsi həyatı ilə yanaşı seksual orientasiyasına da aiddir. Hesabat 1943-cü ildə antropoloq Henri Fild tərəfindən ABŞ prezidenti Franklin Ruzvelt üçün hazırlanıb və 70 səhifədir. Ekspertin fikrinə görə, Hitler sadomazoxist meylli homoseksual (və ya biseksual) olub.

Hesabat kəşfiyyatçıların əldə etdikləri materiallar əsasında hazırlanıb. Söhbət əsasən Adolfun Vyanadakı illərindən gedir. Məlumdur ki, 1910-1913-cü illər arasında Hitler Meldemannştrasse küçəsindəki kişilər üçün nəzərdə tutulmuş yataqxanada yaşayıb. Burada rəssam kimi tanınmaq istəyirdi. Bu yataqxana isə yaşlı insanların gəlib fiziki ehtiyaclarını cavan oğlanlarla ödədiyi yer kimi tanınırdı.

Deyilənlərə görə, Adolf Hitler də yaraşıqlı kişilərə baxmağı xoşlayırdı. Bildirilir ki, Adolf Rudolf Gess adlı transvestitlə cinsi münasibətdə olub. Rudolf Hitlerin müavini idi. Fild eyni zamanda bildirir ki, nasist lideri 1920-ci illərdə həbsdə yatanda bəzi məhkumlarla da seksual münasibəti olub.

Bununla yanaşı, ekspertlərin rəyinə əsasən, Hitlerin məşuqəsi, sonradan qanuni arvadı olan Yeva Braun 1932-ci ilə qədər Hitlerlə cinsi yaxınlıqda olmayıb. Ehtimal edilir ki, qarşı cinslə münasibəti göstərmək Üçüncü Reyxin ideologiyası üçün vacib idi.

Strateji Xidmət idarəsinin mütəxəssisi Hitlerin sado mazaxizmə meylli olduğunu da bildirir. Henri Fild onun orientasiyasının mürəkkəbliyini siyasi ikicəbhəli xarakteri ilə müqayisə edir. Fürer milliyətçi və sosialist idi. Bundan başqa, antropoloq nasist liderdə həm kişi, həm qadın cizgiləri görür. (ölkə.az)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar