Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Sükan arxasında siqaret çəkən sürücülərlə bağlı - Xəbərdarlıq edildi

Tarix: 07-02-2019 19:56     Baxış: 2305 A- / A+
 Sükan arxasında siqaret çəkən sürücülərlə bağlı

Bakı Nəqliyyat Agentliyində müntəzəm sərnişindaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərlə görüş keçirilib.

“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Azərbaycan Respublikasının Qanunundan irəli gələn bir sıra tədbirlərin icrası ilə bağlı məsələlər müzakirə olunub. Diqqətə çatdırılıb ki, Qanunun 10-cu maddəsinin 1.12-ci bəndinə əsasən müntəzəm şəhərdaxili avtobuslar və taksi minik avtomobilləri tütündən istifadənin məhdudlaşdırıldığı yerlərdən biri kimi müəyyən edilib. Qanun tələbinin qısa vaxtda icrasının təmin edilməsi ilə bağlı daşıyıcılara göstəriş verilib.

Həmçinin, bu qadağanın pozulmasına görə İnzibati Xətalar Məcəlləsinin 322.0.4-cü maddəsinə əsasən 40 manatdan 50 manatadək məbləğdə cərimə nəzərdə tutulub. Qaydaları pozan sürücülərin aşkar edilərək məsuliyyətə cəlb ediləcəyi barədə daşıyıcı şirkətlərin rəhbərlərinə xəbərdarlıq edilib. Bildirilib ki, bu kimi xətaların aşkar edilməsində həmçinin, sərnişinlərin təqdim etdikləri məlumatlar da diqqətlə araşdırılacaq. Yaxın 1 həftə ərzində sərnişinlər sükan arxasında tütün məmulatlarından istifadə edən sürücülər barədə müvafiq məlumatları Agentliyə təqdim etməklə onların məsuliyyətə cəlb edilməsi prosesində iştirak edəcəklər. qafqazinfo

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar