Xəbər lenti
Mübariz İbrahimovun ev muzeyi tikilir

Biləsuvar rayonunda Milli Qəhrəman Mübariz İbrahimovun ev muzeyi tikilir.
Manevr.az xəbər verir ki, ev muzeyi şəhidin doğulduğu Əliabad kəndində, onun yaşadığı evin həyətində tikilir. Artıq muzeyin inşasına bir aya yaxındır ki, başlanılıb.
Tikinti işləri Biləsuvar Rayon İcra Hakimiyyəti tərəfindən aparılır.
Ev muzeyi bir mərtəbədən ibarət olacaq ki, burada da sərgi zalı yerləşəcək. Sərgi zalında qəhrəmana aid şəxsi əşyalar və onun həyat yolunu əks etdirən kitablar, fotolar qorunacaq. Muzeyin iki aya təhvil verilməsi planlaşdırılır.
Qeyd edək ki, bu gün Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür. Qəhrəman 1988-ci ilin fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub./report
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar