Xəbər lenti
Hazal Kaya məşhur aktyorla evləndi - “17 yaşında söz vermişdim ki…” – VİDEO

Dünən 28 yaşlı türkiyəli aktrisa Hazal Kaya ilə 42 yaşlı aktyor Ali Atayın toyu olub.
5 illik münasibətlərini rəsmiləşdirməyə qərar verən cütlüyün toyunda kino və musiqi aləminin bir çox tanınmış simaları iştirak edib.
Toyda iki gəlinlik dəyişən Hazal Kaya Ali Atayla birlikdə jurnalistlərin suallarını cavablandırıb. Cütlük çox həyəcanlı olduğunu və fərqli duyğular yaşadığını etiraf edib.
Aktrisanın gəlinliyini türkiyəli dizayner Özgür Mansur hazırlayıb. Ulduz gəlinliyini vualla tamamlayıb. Klassik gəlinliklərdən seçilən bu libas sosial şəbəkədə böyük rəğbət toplayıb.
"Özgür çox yaxın dostumdur, 17 yaşında ona söz vermişdim ki, bir gün evlənərsəm, gəlinliyimi sən hazırlayacaqsan. Həqiqətən də belə oldu" , - deyə aktrisa qeyd edib.
Rəsmi nikah mərasimindən sonra Hazal Kaya rəqs edə biləcəyi daha rahat libas geyinib.
Ulduz cütlük işlərindən dolayı bal ayına getməyəcəyini, lakin yayda səyahətə çıxacağını vurğulayıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar