Xəbər lenti
Sümük iliyinin bu günə qədər bilinməyən FAYDASI - Buxarla qızdırılaraq...
Sümük iliyinin gözəlik sektorunda istifadə edildiyi məlum olub.
Sümük iliyi saç tökülməsinə qarşı ən effektiv vasitədir. Kosmetoloji məqsədlər üçün itifadə edilən sümük iliyindən müxtəlif saç və dəri maskaları hazırlanır. Çoxları sümük iliyinin sınıq və çatlar üçün faydalı olduğundan xəbərdardır, amma saçı gurlaşdırma və dərini cavanlaşdırma təsiri barədə çox az adam bilir.
Zülal və maqnezium ehtiva edən sümük iliyi kollageni stimullaşdırır, habelə, saç tökülməsinin qarşısını alır. Sümük iliyindən hazırlanan maskalar saç diblərini, zəif tük köklərini qidalandıraraq nəm balansını normaya salır, saçı yumşaldıb parlaqlıq qazandırır, eləcə də yeni çıxan saçları gücləndirir.
Saç üçün sümük iliyi maskası zeytun yağı ilə qarışdırılaraq hazırlanır. İlik sümükdən çıxarıldıqdan sonra buxarla qızdırılaraq krem konsistensiyasına gətirilir. Qoxunun aradan qaldırılması üçün nanə, cəfəri kimi ətirli bitkilər, həmçinin zeytun və lavanda yağı əlavə etmək olar. Maskanı saç diblərinə sürtüb bir 20 dəqiqə saxlayıb yuyun. İçərisində olan yağlar və maqnezium saç diblərinə hoparaq soğanaqları qidalandırıb möhkəmləndirir. Müsbət nəticə əldə etmək üçün ən az 3 seans təklif edilir. Saçları yuduqdan sonra balzam və saç kremi çəkməyə də ehtiyac qalmır.//publika
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar