Xəbər lenti
Eldar Əzizovun yeni qurumu bu işləri görəcək
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) başçısının tabeliyindək yaradılan "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) paytaxtda bilavasitə tikinti işlərinin aparılması ilə məşğul olmayacaq.
Manevr.az xəbər verir ki, BŞİH-dən bildirilib ki, yeni yaradılan qurumun əsas fəaliyyəti dövlət vəsaiti hesabına Bakı şəhərində həyata keçiriləcək əsaslı tikinti və təmir məsələləri sahəsində strateji planların hazırlanması, görüləcək işlərin koordinasiya olunması və ayrılan vəsaitin səmərəli istifadəsinin təmin olunmasına nəzarətdən ibarət olacaq.
Qeyd olunub ki, bu cür qurumlar bir çox ölkələrdə bu və ya digər formada mövcuddur.
"Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC-nin Nizamnaməsinin təsdiq edilməsi və dövlət qeydiyyatına alınması məqsədi ilə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən zəruri tədbirlərin həyata keçirilməsi təmin ediləcək.
Xatırladaq ki, Nazirlər Kabinetinin qərara ilə yaradılan "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC-nin işçilərinin say həddi 16 ştat vahidi müəyyən edilib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar