Xəbər lenti
Azərbaycanda ardıcıl iki zəlzələ baş verib

5 fevral 2019-cu il tarixində 23:31 radələrində Bakı şəhərinin bəzi ərazilərində yeraltı təkan qeydə alınıb.
ETSN-nin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Şahmirzə Səfərov bildirib ki, paytaxtın müxtəlif istiqamətlərində titrəyişlər hiss edilib. Bununla bağlı AMEA-ya ilə birgə mütəxəssislərimiz tərəfindən araşdırma aparılıb və ilkin məlumata görə episentri Pirqulu ərazisindən 11 km Cənub-Qərbdə olan yeraltı təkanlar İsmayıllı rayonunda və ətraf ərazilərdə daha çox hiss edilib. Dağıntılar haqqında məlumat daxil olmayıb.
00:21
Azərbaycanda 4,4 və 5,3 bal gücündə zəlzələ baş verib.
Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, yerli vaxtla saat 23:19-da Pirqulu stansiyasından 7km cənubda Ağsu ərazisində 4,4 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanların ocağı 11 km dərinlikdə yerləşib.
Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala qədər hiss olunub.
Digər 5,3 bal gücündə zəlzələ yerli vaxtla saat 23:31-də Pirqulu stansiyasından 10 km cənub-qərbdə İsmayıllı ərazisində qeydə alınıb. Yeraltı təkanların ocağı 8 km dərinlikdə yerləşib.
Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5,3 bala qədər hiss olunub. milli.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































